Basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının Türkiyənin İzmir şəhərində təşkil olunmuş təlim-məşq toplanışı davam edir.

Sport24.az xəbər verir ki, komandamız qardaş ölkədə növbəti yoxlama oyununa çıxıb.

Samit Nuruzadənin yetirmələri bu dəfə “Buca Bələdiyesi” ilə qarşılaşıb. Azərbaycan basketbolçuları bu oyundan da qalib ayrılıblar - 89:65.

Bu oyunda yığmamızın üç basketbolçusu öz statistikaları ilə diqqət çəkiblər.

Amil Həmzəyev - 20 xal (12 ribaund)
Fikrət Ələkbərov - 12 xal (10 asist)
Coşqun Əliyev - 12 xal (4 top oğurlama)