Məşhur amerikalı basketbolçu Britni Qriner Rusiyada həbs edilib.

Sport24.az xəbər verir ki, Şeremetyevo gömrükçüləri onun çantasında narkotik aşkar ediblər. Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Rusiyada – “Yekaterinburq UMMC”-də oynayan Qrinerə qarşı narkotik qaçaqmalçılığı maddəsi ilə cinayət işi açılıb.

Qriner ABŞ milli komandası ilə 2016-cı ildə Rio olimpiadasında çempionluq yaşayıb.