18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub.

Sport24.az xəbər verir ki, C divizionunda yer alan komandamız B qrupunda Ermənistan, Cəbəllütariq, Moldova və Lüksemburqla mübarizə aparacaq.

Qarşılaşmalar 24-31 iyulda San Marinonun Serravalle şəhərində keçiriləcək.