Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində "Abşeron" NTD-yə qalib gəlib. Sport24.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan görüş meydan sahiblərinin 88:74 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Tərəflər arasında növbəti matç aprelin 14-də keçiriləcək. Cütün qalibi 1/4 finalda "Naxçıvan"ın rəqibi olacaq.

 

Qeyd edək ki, pley-in mərhələsinin əvvəlki oyununda "Gəncə" "Lənkəran"a 96:92 hesabı ilə qalib gəlib.