Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) VII turun daha bir qarşılaşması baş tutacaq. Sport24.az xəbər verir ki, B qrupunda yer alan iki komanda üz-üzə gələcək.

 

Şəhərin eyniadlı komandası Sumqayıt Olimpiya İdman Kompleksində "Naxçıvan"nı qonaq edəcək.

 

"Naxçıvan" qrupda 10 xalla ikinci pillədə yer alıb. 8 xala malik "Sumqayıt" isə sonuncu - altıncıdır.

 

Qeyd edək ki, dünən B qrupunda Lənkəran "Sərhədçi"ni 83:78 hesabı ilə məğlub edib. VII tura noyabrın 16-da yekun vurulacaq.