TOP 10

Kiçik replika: məgər bilmirdin, urus?

V BUCAQ
Müəllif: Ceyhun Əliyev
“Urus, Bu toyuq bu yumurtanı doğub...” - yəqin ki, gənc nəsil bu ifadənin hansı filmdə səsləndiyindən bixəbərdi. Ancaq deməyəcəm, zəhmət çəkib tapsınlar... istəyirlərsə, əlbəttə...

 
Keçək mətləbə. “Neftçi” “Arsenal”a rəqib olduğu rəsmiləşdiyi gündən “uruslar” bayram edirdi. Hə, “ağ-qaralar” “kakoy-to” Azərbaycanı təmsil edirdi axı. İlk oyundan əvvəl adam lap xəcalət çəkirdi. “Uruslar” bizi lağa qoyurdu. “Mütəxəssisləri” də “maşallah”, allı-güllü proqnozları ilə “göz oxşayırdı”. Ördəyovu (Utkini) bir tərəfdən, Qazovu (Qusevi) başqa tərəfdən - hərəsi bir “quş buraxırdı”...

 
Bəzən peşəni unuduruq - indi məhz həmin gündü - biz azarkeşə çevrilirik. Səni, məni, bizi faktlarla alçaltmağa çalışan qonşun indi susur. Bilirsən, niyə susur? Çünki danışmağa sözü yoxdu! Çünki dilini kəsib ölkəmin ən qocaman klubu. Çünki utandığından yerə girib, özü də elə dərinliyə ki, çıxmağa deşik tapmır...

 
Sözügedən oyuna həsr etdiyim yazı dünən günorta saatlarında hazır idi. Ancaq sildim və fərqli məcrada çatdırmağa çalışdım. İndi hamı “Neftçi”dən danışır, QARA gündə olduğuna sevinənlər də AĞ günə çıxdığına “sevinir”.

 
Qələbə isə hamınındı, ilk növbədə kölgəyə çəkilib abırına bükülən Kamran Quliyevin, tənqid olunan, lakin bunun arxasında nələrin gizləndiyini bilə-bilə susan Kamran Quliyevin. Təbriklər, prezident!

 
“Uruslar” isə susur, sanki heç nə olmayıb. Sus, qonşu, sus, çünki səni susduran canublular var, damarında “ağ-qara” qan axan qocaman cənublular!

 

CEYHUN ƏLİYEV
21 Noyabr 2019
20 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB