TOP 10

"Kəpəz" "Xəzər Lənkəran"ın sabiq legionerini və ingiltərəli futbolçunu baxışdan keçirəcək

Futbol
Tarix: 2018-01-03 23:00

"Kəpəz" qış fasiləsində bir neçə futbolçunu baxışdan keçirəcək. Bu haqda Sport24.az-a məlumat verən komandanın baş məşqçisi Yunis Hüseynov onların yolunu gözlədiklərini bildirib.

 

Özü də baxışa gələnlər yalnız legionerlər yox, yerli futbolçular da olacaq: "Qış fasiləsində oyunçu tapmaq çətindi. Ancaq bir neçə futbolçuyla danışığımız olub. 4 futbolçuyla müqavilə bağlamışıq. Bunlar Murad Səttarlı, Samir Zərgərov, Tərzin Cahangirov və Roman Hüseynovdu. Sonuncunu "Qəbələ"dən icarəyə götürmüşük. Hələ vaxtımız var və çalışacağıq ki, yeni futbolçular axtarıb tapaq. Baxışa gələnlərimiz olacaq. Onlar arasında yerlilər də var. Yəqin ki, onlardan komandaya düşən 1-2-si olacaq". 

 

Hüseynov ümumilikdə 4-5 legioner götürmək fikrindədi. Onlar arasında baş məşqçiyə hələ "Xəzər Lənkəran"dan tanış olan braziliyalı yarımmüdafiəçi, artıq çəkidən əziyyət çəkən Dieqo Qusmao var: "Bu futbolçunu son vaxtlar izləmişəm. Braziliyada oynayır. İnşallah, artıq çəkisini atacağıq. Dieqonun bizə nə qədər yararlı olacağını zaman göstərəcək. Fasilədə menecerlər çoxlu legioner təklif edir. Onlar arasında ingiltərəli futbolçu da var. İngiltərə vətəndaşıdı, ancaq əslən başqa ölkədəndi. 11 futbolçu çıxarmışıq və bir o qədər də oyunçu almaq fikrindəyik. Bütün mövqelərə futbolçu gətirəcəyik. Onlardan qapıçı ukraynalı olacaq. Hazırda danışqılar gedir".

Xatırladaq ki, 30 yaşlı Qusmao 3 klubumuzda oynayıb. Azərbaycan Kubokunun qalibi olan mərkəz yarımmüdafiəçisi "Xəzər Lənkəran"la yanaşı, "İnter" (hazırkı "Keşlə") və "Zirə"də oynayıb. 

 

MEHMAN SÜLEYMANOV

23 Iyun 2018
22 Iyun 2018
B.eÇ.aÇC.aCŞB