TOP 10

Daha iki futbolçumuz "Slaviya"da! - EKSKLÜZİV

Futbol
Tarix: 2018-01-03 18:18

"Qəbələ"nin və Azərbaycan yığmasının daha iki futbolçusu Çexiyanın "Slaviya" klubuna yollanıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, müdafiəçi Amin Seydiyevlə hücumameylli yarımmüdafiəçi Rövlan Muradov Praqa təmsilçisinin düşərgəsində yer alıblar.

 

 

"Qəbələ" Futbol Akademiyasının yetirmələri olan 1998-ci il təvəllüdlü futbolçular Çexiyanın ən titullu klublarından birinə baxışa gediblər. Onlar yanvarın 28-dək olacaq hazırlıq prosesində iştirak edəcəklər.

 

 

Əsasən baxışda olan futbolçular üçün nəzərdə tutulan bu hazırlıq prosesi 3 mərhələdən ibarət olacaq. İlk və son mərhələ paytaxtda, ikincisi isə Çexiyanın digər şəhərində olacaq. Gənc futbolçularımızla bağlı yekun qərar məhz hazırlıq mərhələsi bitəndən sonra - bu ayın 28-də veriləcək. 

 

 

Məlumatı "Qəbələ" Futbol Akademiyasının direktor müavini Nail Kərimov təsdiqləyib. O, bu iki futbolçunun "Slaviya"ya baxışa yollanmasıyla bağlı bir neçə müddət əvvəl danışıqların başlandığını söyləyib: "Amin və Rövlanla bağlı hazırladığımız videoları çexlərə göndərdik. Bununla onlarda futbolçularımız haqda ilkin fikirlər yarandı. Seydiyevlə Muradov "Slaviya"da 3 həftəlik qış toplanış dönəmində hazırlıq keçəcək. Bu, bir növ baxış olacaq. Ümid edirik ki, futbolçularımız "Slaviya"da özlərini yaxşı tərəfdən göstərərək qalacaqlar. Əlbəttə, onların "Qəbələ"ylə müqavilələri var. Ancaq indi "Slaviya"nın futbolçularımızla tanışlıq mərhələsidi. Onlar Aminlə Rövlanı bəyəndikdən sonra artıq iki klub arasında transferlə bağlı danışıqlar olacaq. Onda məsələ danışıqlar mərhələsinə qədəm qoyacaq. Hələliksə futbolçuların baxış mərhələsidi".

 

 

Seydiyevlə Muradovu Çexiyaya FİFA agentimiz Vaqif Heydərli aparıb. O, azərbaycanlı futbolçuları xaricə aparan yeganə menecerimizdi. Bunadək Heydərli "Qəbələ" Futbol Akdaeiyasının digər yetirməsi, U-19 yığmamızın üzvü olan yarımmüdafiəçi Fərid Nəbiyevi "Slaviya"ya aparıb. Fərid Praqa klubuna keçərək onun B komandasında çıxış edir. Daha öncə isə digər gənc yarımmüdafiəçi Budaq Nəsirov Lissabonun "Sportinq" klubuna keçərək əvəzedici komandasında oynayır.

 

MEHMAN SÜLEYMANOV

 

23 Iyun 2018
22 Iyun 2018
B.eÇ.aÇC.aCŞB