TOP 10

Millimizin oyunçusu Braziliya klubuna keçdi

Futzal
Tarix: 2018-01-03 13:00

Cari mövsümün ilk yarısını “Araz”da keçirən millimizin futzalçısı Karvalho dos Santos Vilela karyerasını vətənində davam etdirəcək.  Sport24.az xəbər verir ki, oyunçu artıq özünə yeni komanda tapıb. 

Vilela dünən “Copagril” komandası ilə bu ilin iyun ayına qədər müqavilə imzalayıb. 

Qeyd edək ki, “Araz”ın heyətində Yüksək Liqada 12, UEFA Kubokunda isə 3 oyunda forma geyinən Karvalho dos Santos 9 (YK-7, UK-2) qol vurub. O, millinin heyətində İranda təşkil edilən turnirdə isə 3 oyunda meydana çıxıb və rəqib torunu 3 dəfə silkələyib.

CBCsport
28 May 2020
27 May 2020
B.eÇ.aÇC.aCŞB