1131
1107
1098
1053
1045
1029
1025
971
949
947
1284
1177
1162
1152
1133
1131
1107
1106
1098
1082
Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Yığma” istiqamətində “Futbol üzrə Azərbaycanın milli komandası: keçmişə baxış və perspektiv üfüqləri” adlı layihəsində silsilə yazılarını davam etdirir. Növbəti yazı “Yada düşər xatirələr”: seçmə tsikl milli üzvlərinin gözündədi" mövzusundadı.
Mahmud Qurbanov: "Yaxşı başlanğıcının davamını gətirməyi bacarmadıq"
2018-ci il dünya çempionatının seçmə mərhələsi (DÇ-2018) millimizin tarixində xüsusi yer tutdu. Ən azı ona görə ki, bu, xal sayında rekord göstəricimiz oldu. Bunadək bir seçmə mərhələdə ən çox 9 xal tolayan millilərimiz bu dəfə 10 xal qazanmaqla yeni tarix yazdı. Düzdür, millimizin məşqçisi, DÇ-2018-də xorvatiyalı baş məşqçi Robert Prosineçkinin köməkçisi olmuş Mahmud Qurbanov daha çox xal toplamalı olduğumuzu düşünərək rekordu xüsusi qabartmır. 44 yaşlı mütəxəssis üçün əsas yaddaqalan uğurlu startımız oldu: "Seçmə mərhələyə 3 oyuna 7 xalla başladıq. Bu, çox yaxşı başlanğıc, çox yaxşı nəticə idi. Ancaq bunu davamını gətirməyi bacarmadıq. Düşünürəm ki, sonrakı məğlubiyyətlər komandaya pis təsir göstərdi. Xüsusilə da Şimali İrlandiyaya səfərdə 0:4 hesablı məğlubiyyət. Ötən seçmə mərhələdə yada düşər xatirələrdən danışdıqda, həmin Şimali İrlandiya yığmasıyla Bakıdakı oyunu qeyd etməliyəm. Təbii ki, bu, xoş olmayan xatirəydi. Çünki Tofiq Bəhramov adına Respublika stadionundakı həmin oyunda qələbəyə çıxmışdıq. Ən azı heç-heçə edib şimali irlandlarla 3 xal fərqinin qalmasını istəyirdik. Ancaq məğlubiyyətiimizlə fərq 6-ya çatdı. Bu isə mübarizənin bizim üçün bitməsi demək idi. Futbolda həmişə son dəqiqələrdə buraxılan qollar pis təsir edir. Həmi oyunda həqiqətən məğlubiyyətə layiq deyildik, yığma yaxşı oynamışdı. Çoxlu qol şansımız da oldu. Oyunun gedişində adam ağlına da gətirməzdi ki, son dəqiqədə top buraxıb məğlub olacağıq. Hər halda, futbolçular əllərindən gələni etdilər, bacardıqları qədər oynadılar. Baş məşqçinin də heç kimə etirazı yox idi. Çünki futbolçular potensiallarına uyğun oynadılar. Ancaq nəticə belə oldu. Buna rəqmən, heç bir futbolçuya etirazımız yox idi, seçmə mərhələdə onlardan narazılığımız olmayıb. Düzdür, yekun nəticə belədi ki, son tsikldə 10 xal topladıq və bu, rekorddu. Ancaq daha çox xal yığa bilərdik, yığmalı idik də. Çünki millimizin potensialı buna imkan verirdi. DÇ-2018-də 12-13 xal yığa bilərdik. Bu, olsaydı, mənim üçün daha yaddaqalan olardı".
Rəşad Sadıqov: "Karyeramda ən yaddaqalan tsikl oldu"
Son seçmə mərhələ milli komandamız kimi, onun uzun illərdi kapitanı, lideri olan Rəşad Sadıqov üçün də xüsusi oldu. Axı "Qarabağ"ın 35 yaşlı müdafiəçisi 2001-ci ildən başlayan 16 illik yığma karyerasını məhz DÇ-2018-də bitirdi. Rəşad ötən tsikli xoş xatirə kimi yada salır: "Karyeramda ən yaddaqalan tsikl oldu. Ən azından 5-6 ay dünya çempionatına düşmək ümidləriylə yaşadıq. Oyunlara o fikirlə çıxdıq. Halbuki, heç vaxt bizdə elə bir proses olmamışdı. Hər bir oyunda həmişə fikirləşirdik ki, bu matçı uduzmayaq, böyükhesablı məğlubiyyət almayaq. Ancaq bu dəfə tam fərqli oldu. Bu da uğurlu startla bağlı idi. İlk 3 oyuna 7 xal toplamağımızdan sonra hamı, bizlər, bütün azarkeşlərimiz də inanmışdı ki, qrupda 2-ci yeri tutaraq pley-offlara qatıla bilərik. Çox yaddaqalan anlar idi. Məğlub olduğumuz oyunlar da oldu ki, onda çox yaxşı çıxış elədik. Şimali İrlandiya kimi yığmaya qarşı dominant futbol oynadıq. Ancaq təəssüflər olsun ki, Bakıdakı həmin oyunda çox məyusedici məğlubiyyət oldu. Norveç millisi üzərində qələbəni də qeyd edə bilərəm. Rəqibin heyəti kifayət qədər yaxşı idi. Bir sözlə, yaddaqalan çox şey oldu. Ümumən götürdükdə, karyeramda ən yaddaqalan tsikl oldu. Bu, xüsusilə yığma karyeramı başa vurmağım anlamında idi. Ağır, təsirli oldu. Millidə son oyunumu keçirdim. Bu mənada hamısından ən yaddaqalan seçmə mərhələ məhz DÇ-2018 oldu".
Əfran İsmayılov: "Millidə mənim üçün çox uğurlu seçmə mərhələ oldu"
Sadıqovla həm millidə, həm klubda bir yerdə oynayan Əfran İsmayılov da DÇ-2018-i yığmamızın tarixində xüsusi bir tsikl olduğunu əminliklə vurğulayır. Onun özü də məhz bu tsikldə diqqət mərkəzinə düşdü. Axı millimizdə qol hesabını məhz bu dəfə açan 29 yaşlı İsmayılov vurduğu 3 qol, etdiyi 2 məhsuldar ötürməylə bombardirimiz oldu: "Doğrudan da çox yaxşı nəticələrimiz, uğurlu matçlarımız oldu. Baxmayaraq ki, daha çox toplaya, daha yaxşı oyun göstərə bilərdik. Ancaq ümumi baxanda çox yaxşı tsikl oldu. 10 xal topladıq ki, bu da millimizin tarixində yeni rekord oldu. Almaniya yığmasını çıxmaq şərtilə hər bir rəqibə qarşı başabaş futbol oynadıq. Elə bir futbol oynadıq ki, yaddaqalan oldu. Hansısa komandadan geri qalaq, vur-qabağa oynayaq və ya başqa cür oyun göstərək - belə bir şeylər yox idi. Bütün seçmə mərhələ boyu istəkli, əzmkar futbol göstərdik. Ancaq yenə də ustalıq səviyyəsi öz sözünü dedi. Son dəqiqələrdə qollar buraxdıq. Xüsusilə də Şimali İrlandiya yığmasıyla Bakıdakı matçda. Bu, qırılma nöqtəsi oldu. Həmin oyunda ən azı heç-heçə etsəydik, udsaydıq, doğrudan da çox böyük şanslarımız yaranacaqdı. Ancaq son dəqiqədə heç nədən qol buraxdıq və məğlub olduq. Futbolda belə şeylər olur. Xorvatiyalı baş məşqçimiz Robert Prosineçki milliyə o ab-havanı gətirmişdi ki, bunun nəticəsində hamı istəkli idi, hamı qələbəyə kökənmişdi. Ən önəmlisi, heç bir rəqibdən çəkinmirdi. Bu planda daha çox yaddaqalan oldu. Rekordumuzu daha da yaxşılaşdıra,14, 15, 16 xal toplaya bilərdik. Qrupdan çıxmaq şansımız da vardı. Şilmali İrlandiyaya evdə uduzmasaydıq, çox qabağa gedəcəkdik. Bu məğlubiyyət bizi çox sındırdı, mübarizədən geri saldı. Həmin oyunda şansımızı qaçırdıq. 90 dəqiqə biz yaxşı oynadıq, ancaq rəqibin 1 şansı oldu, onu da qola çevirdi. Zədəm olmadığım zamanı bütün oyunlara dəvət aldım. Hər zaman yaxşı oyun göstərməyə çalışdım. Baş məşqçi hər oyunda mənə şans verdi. seçmə mərhələ boyu onun sərəncamında idim. Qollar vurdum, ötürmə verdim. Bu göstəricidə millimizin son tsiklində bombardiri oldum. Buna görə milli karyeramda mənim üçün çox uğurlu tsikl oldu".
Ruslan Qurbanov: "Seçmə mərhələdə startda qol vurub yığmana qələbə qazandırmaq isə ikiqat sevindiricidi"
Millimizdə debütü Robert Prosineçkinin vaxtında reallaşan Ruslan Qurbanovun qol hesabını açması məhz son tisklə təsadüf etdi. Bu, startda San-Marino yığmasıyla səfər matçında reallaşdı. "Qəbələ"nin 26 yaşlı hücumçusu ilk hissənin bitməsinə saniyələr qalmış başla vurduğu qolla hesabı açdı. Sonradan məlum oldu ki, bu, oyunda yeganə qol oldu və Ruslan millimizin seçmə mərhələyə qələbəylə başlamasının səbəbkarı oldu. Belə start isə bir ilk oldu: "Əlbəttə, son seçmə mərhələ aktivimizə yazıldı. Milli komandayla rekord - 10 xal topladıq. Almaniya, Norveç, Çexiya kimi güclü yığmalara qarşı yaxşı oyun göstərdik. Həqiqətən çətin qrupa düşmüşdük. Buna rəğmən, mübarizəyə yaxşı başladıq. Ancaq təəssüf kİ, tsikli 5-ci yerdə bitirdik. Hərçənd, qrupda daha yuxarı yerə, hətta pley-offa çıxmağı planlaşdırırdıq. İstənilən halda, DÇ-2018-i uğurlu seçmə mərhələ sayıram. Həm millimiz, həm də mənim üçün. Millidə qol hesabını açdım. Bu, ilk oyuna təsadüf etdi. özü də həmin vaxtda hazırkı klubuma - "Qəbələ"yə yeni keçmişdim. Çox şadam ki, vətəndaşı olduğum ölkənin əsas yığmanında qol vurdum. Bu, mənim üçün böyük sevincdi. Millidə oynamaq, fərqlənmək hər bir futbolçunun arzusudu. Seçmə mərhələdə startda qol vurub yığmana qələbə qazandırmaq isə ikiqat sevindiricidi. Bu, unudulmazdı, ən xoş xatirədi. Ona görə də bu, yaddaşıma birdəfəlik həkk olunub. Əlbəttə, millidə 1 yox, daha çox qol vurmaq istərdim. Ancaq onu da nəzərə alaq ki, zədə karyerama mənfi təsir göstərdi. Bu üzdən 5-6 ay yaşıl meydandan kənarda qaldım. Təbii ki, klubumda oynamayanda milliyə də dəvət olunmadım. Uzun müddət müalicə olundum, Formanı bərpa edənədək xeyli vaxt keçdi. Yalnız son 4-5 oyunda özmüə gəlməyə, "Qəbələ"də qollar vurmağa başlamışam. İnşalllah, növbəti seçmə mərhələlər mənim üçün daha uğurlu olar. Bunun üçün üzərimdə daha çox çalışacağam. Nə vaxt milinin heyətində meydana çıxaramsa, daha çox fərqlənməyə səy göstərəcəm".
Ruslan Abışov: "Prosineçki nədənsə mənə yalnız son oyunda şans verdi"
Ötən seçmə mərhələni millimizin digər Ruslanı, bir vaxtlar millimizin liderlərindən olan Abışovun aktivinə isə yazmaq olmaz. Prosineçki onu bütün matçlara dəvət etsə də, şans vermirdi. Nəticədə 30 yaşlı Abışov millinin ehtiyat oyunçular skamyasının daimi sakininə çevrildi. O, yalnız sçemə mərhələnin sonunda meydanda olmaq şansı qazandı. Bu da səbəbsiz deyildi. Çünki millimizin kapitanı Rəşad Sadıqovun yığmayla rəsmən vidalaşmışdı və onun Almaniya yığmasıyla səfər matçında ehtiyatda qalacağı əvvəldən bəlli idi. Geclü rəqiblə çətin sınaqda Rəşadı mövqeyində layiqincə əvəzləyəcək futbolçu lazım idi ki, xorvatiyalı seçimini məhz Ruslan üzərində etməli oldu. Abışov inamlı oyunuyla əsas heyətdə yer almağa layiq olduğunu göstərdi. Özü də millidə yubiley - 50-ci oyununda. Ruslan bu əlamətdar olayı qeyd etmək üçün 1 ildən çox gözləməli oldu: "Son oyun ,rəqib də Almaniya idi. Üzərimdə elə də böyük təzyiq yox idi. Hər zaman özümü Prosineçkiyə göstərmək istəyirdim. Məşqlərdə səylə çalışırdım, ancaq o, nədəsnə son oyunda mənə şans verdi. Öz oyunuma qiymət verməyi o qədər də xoşlamıram. Ancaq çalışacağam ki, bundan sonra da milli komandada çıxış etdiyim hər bir zaman həm məşqçilərin, həm də azarkeşləri etimadını doğruldum. Bəli, ötən seçmə mərhələdə cəmi 1 oyun keçirsəm də, bütün oyunlarda düşərgədə oldum, ab-havanı gördüm. Başlanğıc çox yaxşı idi. Hər kəs bizdən yaxşı nəticə gözləyirdi. Final mərhələsində iştirak etməyə də şansımız çox yaxşı idi. Ancaq sonda nələrsə düzgün getmədi, uğusuzluqlar başladı. İnanıram ki, yeni baş məşqçimiz Qurban Qurbanovun rəhbərliyi altında hər şey daha yaxşı gedəcək. Həm mənim üçün, həm də milli üçün".
MEHMAN SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib
16:30 Avroliqada 1/16 finalın püşkü atıldı
16:03 Van Bommel istefaya göndərildi
15:42 ÇL-də qrup mərhələsinin rəmzi komandası
15:26 "Qəbələ"nin Merabı Azərbaycanda arzuladığı mükafatdan söz açdı, gələcək taleyinə toxundu: "Mənə dedilər ki, hər şey yaxşı olacaq, narahat olma"
15:21 ÇL-də 1/8 final mərhələsinin püşkü atıldı
15:16 Azərbaycan Kubokunun püşkü atılıb
15:00 “Zirə”nin 50-ci heç-heçəsi
14:42 Milli komandada baş məşqçi istefası
14:24 Yığmamız Avropa birinciliyini 2 rekord və 9 medalla başa vurdu
14:03 Fransa klubu bir oyunda iki futbolçusunu itirdi
13:42 Azərbaycanlı hakimə növbəti təyinat
13:24 “Fənərbaxça”nın futbolçusu üçün mövsüm erkən bitdi
13:00 Prosineçki Azərbaycana qayıdır? – “Hər şey mümkündü, görəcəyik”
12:38 “Sabah”ı Kolumbiya klubuna dəyişə bilər
12:12 Baukun yazdığı iki tarix birdən
12:00 Ərdoğan AVRO-2020-nin oyunlarını izləmək üçün Bakıya gələcək: "İlham Əliyevlə danışdım, məni gözləyir"
11:29 Dadaşov oynadı, komandası “Braqa”ya qalib gəldi
11:11 "Səbail"in rəhbəri uğursuzluqda baş məşqçini günahlandıra bilmədiklərini açıqladı: "Aftandil Hacıyev nə edə bilər?"
11:00 Avropa Liqasında 1/16 finalın püşkü: "Qarabağ"ın qrupundan çıxanların rəqibləri kimlər olaraq? YENİLƏNİR
10:48 Ufuk Budak üçün 90 dəqiqə və 1 xal
10:26 ÇL-də 1/8 finalın püşkü atılır YENİLƏNİR
10:14 İsrafilov qovuldu, oyun yarıda qaldı
10:09 Qadze Azərbaycan Kuboku qazanmalarını mümkün sayır: "Hücum xəttində tək, ya da Xulio ilə birlikdə oynamağımın mənim üçün fərqi yoxdu"
09:57 "Zirə" Kqasvaneyə görə Botsvanada tanınır: "Yol çox yorucudu, ümumi səyahətim 14-15 saat çəkir"
09:42 “Sabah” “Audi Cup”da çıxışını başa vurdu
09:19 Paşayevin komandasından səfər qələbəsi
09:00 “Neftçi” “Sumqayıt”a, “Qarabağ” “Keşlə”yə qarşı
23:34 “Atom” və “Xırdalan”dan qələbə
20:17 “Səbail”lə “Zirə” ilk oyunda heç-heçəyə razılaşdı - VİDEO
19:32 Aftandil Hacıyev: “Cavab oyununa üstün yollana bilərdik”
19:11 Zaur Həşimov: “Bu hesab rəqibə sərf edir”
18:52 Qəbələdə darmadağın, Bakıda qolsuzluq
18:28 “Qəbələ” - “Sabah” 3:0 - VİDEO
18:00 Yalnız Peyman Babayi
17:24 Elmar Baxşıyev oyundan tam razı qalmadı, şansları yenə bərabər saydı: "Kiməsə nəyisə sübut etmək istəmirik, sadəcə, göstərmək istəyirik ki..."
17:14 Sopiç "Qəbələ"nin ağıllı oyunla layiqli qələbə qazandığını bildirdi: "Xorvatiyada heç kimin belə 11 meydançası yoxdu"
16:35 “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda
16:00 “Liverpul” DÇ-yə 20 futbolçu ilə yollandı
15:00 “Mənə dedilər ki, Nazarbayev oyuna gəlir, Azərbaycan millisinə qalib gəlmək lazımdı”
14:41 Mircavadov "Qarabağ"ın qrupdan çıxa bilməməsinin səbəblərini göstərdi: "Bu komanda cari mövsümdə də çempion olacaq"
14:10 “Napoli”də ciddi itki
13:00 “Bavariya”da 300-cü oyun
12:21 Region Liqasında tur darmadağınlarla başladı: "Ağsu Siti" böyükhesablı qələbələrdən doymur
12:00 "Sərkərdə"nin ukraynalı sərkərdəsi liqamıza qiymət verdi, azərbaycanlı basketbolçularının narazılığını haqsız saydı: "Onlar hətta məndən inciyirlər ki..."
11:31 Turabovun komandası səfərdən 1 xalla döndü
11:00 Valehoğlu, Abbaszadə, Musayev, Məmmədli
10:32 Millimizin üzvü “Bolton” üzərində qələbəyə sevindi
10:30 Kapitan komandasını 4:1-ə aldanmamağa çağırdı, 2019-cu ili aktivinə yazmadı: "O keyfi "bəh-bəh"lə yaşaya bilmədik"
09:33 Klublararası dünya çempionatı: Yarımfinalçılar bəlli oldu
09:00 Kubokda əsas mübarizə başlayır: Bordin üçün qisas anı, Sopiç üçün tarixi məqam
‹ | › | |||||
B.e | Ç.a | Ç | C.a | C | Ş | B |