TOP 10

Gimnastlarımız beynəlxalq turnirdə 3 medal qazandı

Gimnastika
Tarix: 2017-12-22 12:11

Rusiyanın paytaxtı Moskvada yekunlaşan kişi və qadın idman gimnastikası üzrə Mixail Voronin adına Kubokda təmsilçilərimiz 3 medal əldə ediblər. Sport24.az xəbər verir ki, qadın idman gimnastlarımızdan Marina Nekrasova və Yuliya İnşına ilk olaraq, komanda hesabında fərqlənib. Qızlarımız yalnız Rusiya və Özbəkistan komandasından geri qalaraq, 95.950 xalla turnirin bürünc medalına sahibləniblər. 

Ayrı-ayrı alətlər üzrə finallarda isə Marina şəxsi hesabına da medal yazdırmağı bacarıb. Sevimli proqramı olan sərbəst hərəkətlərdə çıxışı gimnastımıza gümüş medal (12.266 xal) qazandırıb. Növbəti uğurlu çıxışını Marina gimnastika tirində nümayiş etdirib. Bu alətdə icrasına görə hakimlərdən 12.433 xal alan idmançımız, ikinci bürünc medalını qazanıb.

Heyətimizin gənc təmsilçisi Samirə Qəhrəmanova isə öz yaşıdları arasında çöxnövçülükdə 23-cü yerdə qərarlaşıb.

Kişi gimnastlar arasında isə ölkəmizi Cavidan Babayev, Timur Bayramov və Səməd Məmmədli təmsil ediblər. Ən yaxşı nəticəni Cavidan sərbəst hərəkətlərdə, Səməd isə turnikdə göstərib. Hər iki idmançımız final çıxışlarını 8-ci yerdə bitiriblər.  
 

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB