TOP 10

"Qəbələ"dən 7 cavabsız qol

Futbol
Tarix: 0000-00-00 00:00

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlarını keçirib. Sport24.az xəbər verir ki, U-19 komandası səfərdə “Kəpəz”ə böyük hesabla qalib gəlib – 4:1. 25 oyundan sonra 59 xala malik “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.

Eyni rəqiblə qarşılaşan U-17 səfərdən 3 xalla dönüb – 3:1. 20 qarşılaşmadan sonra 48 xala malik komanda turnir cədvəlinin 3-cü pilləsindədir. “Neftçi” İK İB ilə görüşən U-16 ev oyununda 7 cavabsız qol vurub. 20 matç keçirən “Qəbələ” 46 xalla yarışın lideridi.

Son oyunu təxirə salınan U-15 18 matçda topladığı 50 xalla 1-ci pillədə qərarlaşıb. Qızlar liqasında çıxış edən “Qəbələ” “Fidan”a qalib gəlib - 3:0. 13 oyundan sonra 34 xala malik komandamız yarışın lideridi.

19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB