TOP 10

"Qəbələ"də 3-cü yerə yüksələn Subotiç: Onun dublu "İnter"i də dağıdacaq?

Futbol
Tarix: 0000-00-00 00:00

Daniel Subotiç "Qəbələ"nin heyətində 3-cü dublunu edib. Sport24.az xəbər verir ki, təcrübəli hücumçu Azərbaycan kubokunda ilk dəfə 1 oyunda 2 dəfə fərqlənib. İsveçrəli legioner bunu "İnter"ə yarımfinalda səfərdə 3:1 hesabı ilə qalib gəldikləri ilk matçda reallaşdırıb.

Subotiçin əvvəlki dublları "qırmızı-qaralar"da debüt mövsümü olan 2013/14-də olub. Bu, Premyer Liqada "Simurq" (2:1) və "Xəzər Lənkəran"la (2:3) ev oyunlarında qeydə alınıb. Həmin klubların artıq nəinki, Premyer Liqada, heç I Divizionda da çıxış etmədikləri maraqlı məqam kimi diqqət çəkir. Maraqlıdı, "İnter"in Beynəlxalq Bankın sponsorluqdan imtina edəndən sonra gələcək taleyinin qeyri-müəyyən olduğunu nəzərə alsaq, onun dubl etməsindən sonra bu klub da dağılacaqmı?

Danielin budəfəki dublunun özəlliklərindən biri odu ki, həm daha tez - 33 dəqiqəyə (14 və 47-ci dəqiqələrdə) qeydə alınıb, həm də ilk dəfə penaltidən fərqlənib. O, debüt mövsümündə 13 dəfə fərqlənmişdi ki, bunun 1-i ölkə kubokunda olub. Hücumçu onda da paytaxtda - "Qarabağ"a Tofiq Bəhramov adına Respublika stadionunda 2:1 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazandıqları cavab 1/4 final marçında reallaşdırıb. 

Subotiç qış fasiləsində "Qəbələ"yə dönəndən sonra artıq 5-ci qolunu vurub ki, bunun 3-ü çempionatda olub. O, "qırmızı-qaralar"da ümumilikdə 18-ci qoluna imza atmaqla klubunun tarixindəki bombardirlər siyahısında 3-cü pilləyə yüksəlib. Daniel hesabında 16 qol olan fransalı həmkarı Yannik Kamananı keçib.

"Qəbələ"nin ən sərrast oyunçuları isə sabiq legionerləri olan rekordçular - seneqallı hücumçu Viktor Mendi ilə braziliyalı yarımmüdafiəçi Luis Hilario Dododu. Mendinin hesabında 29 qol var. Dodo isə 23 dəfə fərqlənib. 

MEHMAN SÜLEYMANOV

14 Noyabr 2019
13 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB