TOP 10

Ölkə çempionatında ilk dövrə başa çatdı

Basketbol
Tarix: 2017-12-12 12:55

Basketbol üzrə ölkə çempionatının birinci dövrəsinə yekun vurulub. Sport24.az xəbər verir ki, beşinci turun həlledici görüşü NTD ilə AZTOP komandaları arasında baş tutub.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın dördüncü hissəsində NTD rəqibinin müqavimətini qıra bilib.

Turun digər görüşlərində ADNSU “Alov”a, U-16 isə “80-lər”ə qalib gəlib.

NTD - AZTOP - 94:89 (15-25, 26-17, 32-24, 21-23)
ADNSU – “Alov” - 78:50 (18-16, 14-18, 27-8, 19-8)
U-16 – “80-lər” - 76:73 (19-25, 10-20, 24-13, 23-15)

Turnir cədvəlində vəziyyət belədi: AZTOP – 9, NTD – 9, ADNSU – 8, "80-lər" – 8, U-16 – 6, “Alov” – 5.
 

18 Iyul 2018
17 Iyul 2018
B.eÇ.aÇC.aCŞB