TOP 10

Tiflis Qran Pri-si: Sadıqov və Hacıağalı yeddinci oldu- YENİLƏNİB

Cüdo
Tarix: 0000-00-00 00:00

Bu gün cüdo üzrə Tiflis Qran Pri-sinə start verilir. Sport24.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının "Dünya turu" seriyasından olan turnirin ilk günündə kişilərdə 60 və 66, qadınlarda isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Azərbaycan yığmasının 7 cüdoçusu da ilk gündə tatami üzərinə çıxacaq.

Kişilər, 60 kq

Mehman bu mərhələdə də "ippon"a düşərək, turniri 7-ci pillədə başa vurub.

***

Sadıqov görüş ərzində rəqibinə iki xəbərdarlıq verdirsə də, iki dəfə fəndə düşüb. "Vazari" xalları ilə dəyərləndirilən fəndlər Papinaşvilini yarımfinala yüksəldib. Sadıqov təsəlliverici mərhələdə iştirak edəcək. O, ilk olaraq braziliyalı Felipe Pelim səddini keçməlidi.

***

Sadıqov rəqibini "osae*kome"yə salaraq, "ippon"la qalib gəlib. Onu 1/4 finalda gürcüstanlı Avropa çempionu Amiran Papinaşvili gözləyir. Əsgərov isə "ippon"la uduzaraq, mübarizəni dayandırıb

***

Sadıqov görüşün üçüncü dəqiqəsində "ippon"la qalib gəlib. 1/8 finalda o, Monqolustan cüdoçusu Amartuşvin Bayaraa ilə üz-üzə gələcək.

Sahib Əsgərov da rəqibini "ippon"la keçib. Lakin, bu fənd görüşün əlavə vaxtına təsadüf edib. Növbəti 48 saniyədə 1/8 final arzusunu reallaşdıran təmsilçimiz gürcü Lukumi Çikvimiani ilə qarşılaşacaq

 ***

Təmsilçilərimizdən Mehman Sadıqov özbəkistanlı Doniyor Sultanbayev, Sahib Əsgərov isə Böyük Britaniyadan olan Neyl Makdonaldla üzə-üzə gələcək. Hər iki görüş 1/16 final mərhələsinə təsadüf edəcək.

66 kq

Hacıağalı da bürünc şansını əldən verib. Rəqibinə "vazari" ilə yenilən cüdoçumuz turniri 7-ci sırada başa vurub.

 

***

Orxan Hacıağalı əvvəlcə "vazari" xalı ilə geri düşüb. Ardından "osae-come"yə düşən idmançımız bu vəziyyətdən çıxa bilməyib. Bununla da təmsilçimiz ümidini bürüncə bağlamalı olub. Bunun üçün o, ilk olaraq slovakiyal; Matey Poljak səddini keçməlidi.

***

Hacıağalı iranlı rəqibinə verilən üç xəbərdarlıq sayəsində 1 finala adlayıb Onu bu mərhələdə 2015--ci il Paris "Böyük Dəbilqə"sinin qalibi monqolustanlı Davadoorj Tumurkuleq gözləyir.

***

Kərimov rəqibi ilə görüşdən 1 "vazari" xalı ilə məğlub ayrılıb

 Orxan Hacıağalı isə rəqibini üstələyərək, növbəti mərhələdə iranlı Qasem Nurizadəyə rəqib olub.

***

Avropa vitse-çempionu Tərlan Kərimovun 1/16 finaldakı rəqibi Ukraynanı təmsil edən erməni əsilli Gevorq Xaçatryan olacaq. Bu mərhələdən mübarizəyə qoşulacaq. Gənc Orxan Hacıağalının bəxtinə də Ukrayna cüdoçusu. dünya və Avropa çempionu Georgi Zantaraya düşüb

Qadınlar, 48 kq

Əliyeva "ippon"a düşüb. Bununla da o, turnirlə vidalaşıb.

***

Bu çəkidə yeganə təmsilçimiz olan Leyla Əliyeva 1/4 finala vəsiqə uğrunda portuqaliyalı Juana Dioqo ilə görüşəcək.

52 kq

Əzizova "qızıl xal"da "ippon"a düşüb.0

***

 Nəzakət Əzizovanı ən güclü 8 cüdoçu sırasına çıxmaq üçün Böyük Britaniya cüdoçusu, Abu Dabi "Böyük Dəbilqə"sinin bürünc medalçısı Kelli Edvard səddi gözləyir.

57 kq

Zairovanın turnirdəki çıxışı elə bu görüşdən ibarət olub. Təmsilçimiz "ippon"la yenilib.

Səkinə Zairova isə son Avropa çempionatının gümüş mükafatçısı, bolqarıstanlı İliana İliyeva ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, 36 ölkədən 252 cüdoçunun çıxış etdiyi turnir aprelin 2-dək davam edəcək. Məsul yarışda komandamız 16 nəfərlik heyətlə təmsil olunur.

 

 

CBCsport
29 Mart 2020
28 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL