TOP 10

Ağır atletlərimiz Tailanda yollanır

Digər
Tarix: 0000-00-00 00:00

3-10 aprel tarixlərində Tailandın Banqkok şəhərində yeniyetmələr arasında 7-ci dünya birinciliyi keçiriləcək. Sport24.az xəbər verir ki,bu turnir gələn il Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Yüzə yaxın ölkədən 538 atletin (179 qız və 359 oğlan) iştirak edəcəyi birincilikdə Azərbaycan yığması da medallar uğrunda mübarizə aparacaq. Artıq heyətimiz də məlumdu. 

Qızlar: Səbinə Əzimova (48 kq).

Oğlanlar: İsmayıl Məmmədov və Elməddin Hüseynov (56 kq), Elvin Abdullayev (62 kq), Füqan Əliyev (69 kq), Tarmenxan Babayev (77 kq), Şükürlü Mayıl (85 kq), Ümidvar Bayramlı (94 kq), Həsənbəy Həsənzadə (+94 kq)

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB