TOP 10

Zaur Axundov: “Futbolçular etiraf etdilər ki, “Neftçi”yə oyunu bilərəkdən veriblər”

Futbol
Tarix: 2017-12-01 16:33

“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov Nizami Hacıyevlə Mirhüseyn Seyidovun futboldan ömürlük kənarlaşdırılmalarına münasibət bildirib. Sport24.az xəbər verir ki, o, “Azerisport”a açıqlamasında bunları qeyd edib:

“Araşdırmalar davam edir. Başqa futbolçuların da bu məsələdə əli olduğunu müəyyənləşdirsək, onlar da çox ciddi şəkildə cəzalandırılacaqlar. Futbolçular etiraf etdilər ki, “Neftçi”yə oyunu bilərəkdən veriblər. Onlarla bağlı çıxarılan qərar doğrudur. AFFA rəhbərliyi dəfələrlə bu barədə açıqlama verib. Amma görünür kimlərsə bunu qulaqardına vurub. O iki futbolçuyla kimlər birgə olubsa, gec-tez bunu müəyyənləşdirəcəyik və onlar da qanun qarşısında cavab verəcəklər”.
 

18 Iyul 2018
17 Iyul 2018
B.eÇ.aÇC.aCŞB