TOP 10

"Gəmisi" ilə vidalaşan kapitan: Oktyabrda başladı, oktyabrda da getdi, DÇ-də başladı, DÇ-də də getdi

Layihə
Tarix: 2017-11-29 23:32

Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Yığma” istiqamətində “Futbol üzrə Azərbaycanın milli komandası: keçmişə baxış və perspektiv üfüqləri” adlı layihəsində silsilə yazılarına start verir. Növbəti yazı “Gəmisi” ilə vidalaşan kapitan: gedənlər və sönənlər" mövzusundadı.

 

Fərqli kapitan

Milli komandamızın 25 illik tarixində bir sıra kapitanı olub. Bu yolda “cığıraçan” ilklərə imza atan Nazim Süleymanovdu. Keçmiş hücumçu millimizin ilk qolunun, ilk dublunun müəllifi olmaqla yanaşı, ilk kapitanı olub. Ondan sonra Tərlan Əhmədov, Qurban Qurbanov, Aslan Kərimov kimi yaddaqalan kapitanlar olub.

Ancaq Rəşad Sadıqovu onların hər birindən fərqləndirən məqamlar olub. O, gənc, eyni zamanda ən uzunmüddətli kapitan olub. Təsəvvür edin ki, Rəşad ilk dəfə kapitan çıxanda cəmi 22 yaşı vardı. Bu, 13 il öncə - 2004-cü il oktyabrın 9-da baş verib. Sadıqov Şimali İrlandiya ilə DÇ-2006-nın Bakıda qolsuz bərabərliklə nəticələnən seçmə oyununda ilk dəfə meydana kapitan sarğısı ilə çıxıb. Düzdü, Tərlan Əhmədovdan sonra onda yığmanın əsas kapitanı Qurban Qurbanov idi. Lakin onun kənarda qaldığı matçlarda gənc müdafiəçi kapitanlıq edirdi. Qurbanovun karyerasını bitirməsindən sonra – 2005-ci ilin payıızndan isə Rəşad yığmanın əsas kapitanına çevrilib. İndiyədək 78 oyunda komandanı sarğı ilə meydana çıxaran “14 nömrə” bu göstəricidə yığmamızın rekordçusudu.

 

94-cü debütant

Hər şey də oktyabrda başladı. Rəşadın millimizdə yola 2001-ci ilin oktyabrında çıxdı. Futbolda yeganə Olimpiya çempionumuz olan İqor Ponomaryovun sayəsində. Sadıqovun yığma karyerası məhz bu mütəxəssisin adı ilə bağlıdı. DÇ-2002-nin seçmə mərhələsinin sonuncu – yığmamız üçün formal xarakter daşıyan İsveçlə səfər oyununda İqor Anatolyeviç iki gəncə debüt şansı verdi ki, bunlardan biri Sadıqov, digəri Ramal Hüseynov idi. 2001-ci il oktyabrın 7-də Stokholmdakı həmin matçda start heyətində çıxan 19 yaşlı müdafiəçi millinin tarixinə sayca 94-cü futbolçu kimi düşdü. Əksər baş məşqçilər gənclərə əsasən yoxlama oyunlarında debüt şansı verirsə, Ponomaryov seçmə matçında birdən-birə iki futbolçuya belə imkan yaratdı. Sadıqov isə sonrakı karyerası ilə bu etimadı layiqincə doğrultdu. Maraq üçün bildirək ki, İsveç futbolunun əfsanəsi Zlatan İbrahimoviç də məhz həmin qarşılaşmada ilk dəfə yığma forması geyinmiş və debütündə - 3:0 hesabı ilə qalib gəldikləri oyunda bizə qol vurub.

 

BOS-da 100-cü oyun, BOS-da vida

Rəşad millimizdə çıxış etdiyi 16 ildə bir sıra göstəricilərdə fərqləndi. Ən vacibi oldur ki, o, Azərbaycan millisinin tarixinə 100 matç səddini keçən ilk oyunçu (hələ ki yeganə) və ümumiyyətlə, ən çox oyun keçirən futbolçu kimi düşüb. Son matçı olan Çexiya yığmasına oktyabrın 5-dəki Bakı Olimpiya Stadionundakı (BOS) matç (1:2) onun üçün 111-ci oldu. Bununla, milli tarixinin 1-cisi üç dəfə“1”i yan-yana qoymuş oldu.

Maraqlıdı ki, Sadıqov millidə 100-cü oyununu da, vida matçını da ən böyük arenamızda keçirdi və AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən mükafatlandırıldı. Təcrübəli müdafiəçi 111 matçda 9198 dəqiqə meydanda oldu. Bu oyunlardan 104-də start heyətində yer alan Rəşad cəmi 7 dəfə meydana sonradan daxil olub. Onun hesabında 5 qol, 4 avtoqol, 14 sarı və 1 qırmızı vərəqə var.

 

Daha erkən vida ola bilərdi...

Göründüyü kimi, Rəşad milliyə oktyabrda gəldi, ilk dəfə kapitan oktyabrda oldu, millidən də oktyabrda getdi.  Ancaq əslində, kapitan "gəmisi"ni daha tez tərk edə bilərdi. Özü də 2 müxtəlif vaxtda. Rəşad hələ il öncə 4 Xorvatiyaya 0:6 hesablı məğlubiyyətdən sonra yığma karyeramı bitirmək istəyirdi. Maraqlıdı ki, onda da oktyabr idi. Almaniyalı Berti Foqtsun baş məşqçi postundan göndərilməsiylə nəticələnən ağır məğlubiyyətdən sonra Sadıqov mətbuat qarşısına çıxaraq qərarını açıqlamaq fikrindəydi. Onda millimizin məşqçisi Mahmud Qurbanov Rəşada tələsməməyi məsləhət görür. Kapitan fikrində qalaraq otaqdan çıxır, amma mətbuatdan heç kim olmur. Bu, sanki Allahın qisməti idi. Çox keçmir ki, milliyə Prosineçki baş məşqçi postuna gəlir və “sönən” kapitanı motivasiya edərək yoluna davam etdirir. Rəşadın yığmada 100 oyun keçirmək istəyi də buna rol oynayır. Bunun olduğu İtaliya ilə matçdan öncə O, xorvat mütəxəssisə deyir ki, milli karyerasını bitirmək istəyir. Amma Prosineçki kapitanı yenə fikrindən daşındırır.

Sadıqov məhz DÇ-2018-də yığmada ən maraqlı seçmə mərhələni keçirdiyini etiraf edir. Necə də olmasın, millimiz tarixində ilk dəfə məhz son tsikldə final mərhələsinə düşməyə belə real şansı olur. Rəşad da yaxın ətrafına söyləyir ki, dünya çempionatına çıxmaq şansımız bitən anda karyerasını bitirəcək. Bu, Şimali İrlandiyaya Bakıda 0:1 hesablı məğlubiyyətdən sonra demək olar bəlli olur. Sadıqov yenə Prosineçki ilə danışaraq artıq missiyasının başa çatdığını, yığmanın isə AVRO-2020-nin final mərhələsinə çıxmağı hədəfləməli olduğu diqqətinə çatdırır. Lakin əcnəbi çalışdırıcımız yenə kapitanı fikrindən daşındıra bilir. Ancaq ötən seçmə mərhələdə son ev oyununda Rəşadın qərarı qəti olur. Prosineçkiylə bir daha söhbət olur və "icazənlə artıq yığma karyeramı bitirmək istəyirəm" fikri səsləndirilir. Çünki həm milli, həm də futbolçu üçün ən doğru qərar budu. Xorvat artıq bu dəfə onu fikrindən daşındırmağa cəhd belə etmir və qəti qərarla barışmalı olur.

 

"14 nömrə"nin oyun sayının daha çox olmasına maneələr

Milldiə son qarşılaşma Rəşad üçün daha bir yubileylə əlamətdar olur. Belə ki, o, seçmə mərhələlərdə 60-cı matçını keçir. Bu göstəricidə də mütləq rekordçu olan kapitan indiyədək 59 rəsmi oyunda 3 qol vurub, 3 avtoqola üzülüb, 8 sarı vərəqə alıb. Sadıqov seçmə matçlarda 47 dəfə kapitan olub.

“14 nömrə” milli karyerasını rəmzinə çevrildiyi “Qarabağ”ın futbolçusu kimi bitirsə də, yığmaya “Neftçi”nin futbolçusu kimi düşüb. Sadıqov 7 il formasını daşıdığı “ağ-qaralar”ın oyunçusu kimi 37 matçda millinin şərəfini qoruyub. O. 2009-cu ildə Ağdam klubunun üzvü kimi 53 milli oyunda meydanda olub. O, həmçinin 4 xarici klubun heyətindən yığmaya çağırılıb. Bu, 8 dəfə “Fulad” (İran), 6 dəfə “Kayserispor”, 4 dəfə “Kocaelispor”, 3 dəfə “Əskişəhərspor”u (hamısı Türkiyə) millidə təmsil edib. Beləliklə, müdafiəçi ümumilikdə 6 klubda oynadığı vaxt yığmaya çağırılıb.

Əslində, Rəşadın millidə oyun sayı daha çox olmalı idi. Ancaq kapitanın millidəki oyun sayına təkcə Şahin Diniyevin baş məşqçilik dönəmi təsir etməyib. Karyerası ərzində dəfələrlə zədə problemi ilə üzləşən futbolçu bu üzdən də kənarda qalmalı olub. Onun millidəki debütündən indiyə qədər 160 matç keçirən yığmamız 49 dəfə onsuz oynayıb. Bunların 16-sı Diniyev dönəminə təsadüf edibsə, 33-ü zədə və nadir hallarda üzləşdiyi cəzalı durumlarla bağlıdı.

Diniyev vaxtında Sadıqovun millidən kənarlaşdırılması böyük səs-küy doğuran olay oldu. Bu mütəxəssis 2006-cı ilin avqustunda Ukrayna yığmasına Kiyevdə 0:6 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündə Rəşadla birgə bəzi futbolçuları üzünə yığma qapılarını bağlayır. Bu, Diniyevin millidən gedişinədək davam edir. Onu bu psotda müvəqqəti əvəzləyən makedoniyalı Qyoko Hacıyevski 2007-ci ilin noyabrın 17-də Finılandiya yığmasına Helsinkidə 1:2 hesabıyla uduzduğumuz rəsmi oyunda onu qaytarır.

 

Kapitanın "11-liy"i

Baş məşqçilərdən söz düşmüşkən, Rəşad futbol komandasında olan meydanda olan oyunçu sayda – 11 çalışdırıcıyla çalışır. Özü də əcnəbi baş məşqçilərimiz kapitana daha çox güvənib. Belə ki, Berti Foqts 51, Robert Prosineçki 17, Karlos Alberto Torres 15 dəfə Rəşada şans verib. Vaqif Sadıqov 11, Əsgər Abdullayev 7, Şahin Diniyev 3, Kazbek Tuayev, Qyoko Hacıyevski hərəsi 2, İqor Ponomaryov, həmçinin baş məşqçi əvəzi olan Nazim Süleymanov və Mahmud Qurbanov 1 dəfə Sadıqovu meydana buraxıb.

Sadıqov millinin tarixinə eyni zamanda ən məhsuldar müdafiəçi kimi düşür. 5 dəfə rəqib qapılarına yol tapan futbolçu ilk qolunu 2004-cü ildə Qazaxıstanla səfərdə 3:2 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündə vurub. Digər 4 qol ev matçlarıdı. Rəşad DÇ-lərin seçmə mərhələlərində Uels və San-Marinonu, AÇ-nin seçmə matçında Türkiyəni məyus edibsə, sonunculara yoxlama matçında da qol vurub. Onun qolları Uels və Türkiyə ilə görüşlərdə 1:1 hesablı bərabərlik, sonuncularla seçmə oyununda 1:0 hesablı qələbə gətirib.

 

Uğursuz anlar

Sadıqovun millidə uğurları ilə yanaşı, uğursuzluqları da olub. O, avtoqol sayında (4) antirekordçu olsa da, bu, sonadək mübarizə apararaq, meydanda canını qoyaraq istəmədən tərs toxunuşa üzülməsinin nəticəsidi. Futbol təcrübəsi onu göstərir ki, avtoqola elə ən yaxşılar imza atır. O, 2010-cu ildə Makedoniya ilə neytral meydandakı yoxlama matçında ilk avtoqola imza atan “14 nömrə” sonradan Almaniya, Xorvatiya və Norveçdə seçmə oyununda belə uğursuzluq yaşayıb. Bəhreynlə yoxlama oyununda qaçırılan penalti, həmçinin yığma karyerasındakı yeganə qırmızı vərəqə də kapitanın zəngin karyerasının azsaylı uğursuz məqamlarındandı.

Ən nəhayət, Rəşadın oynadığı matçlarda millinin imza atdığı nəticələr də diqqət çəkir. O, komandasının 20 qələbəsində iştirak edib, 30 dəfə heç-heçəyə şahid olub, 60 məğlubiyyətə üzülüb. Bu oyunlarda millimiz 89 qol, 190 top buraxıb.

 

Rəşad Sadıqovun millidəki bütün oyunları

 

tarix

turnir

rəqib

meydan

hesab

dəq

qol

st

sv

qv

k

07.10.2001

DÇSO

İsveç

s

0:3

90

 

1

1

 

 

20.02.2002

YO

Bolqarıstan

s

0:3

30

 

 

 

 

 

27.03.2002

YO

Albaniya

s

0:1

20

 

 

 

 

 

17.04.2002

YO

Malta

s

0:1

90

 

1

1

 

 

03.07.2002

YO

Estoniya

s

0:0

14

 

 

 

 

 

06.07.2002

YO

Latviya

s

0:0

90

 

1

1

 

 

08.08.2002

YO

İran (U 23)

s

2:2

62

 

1

 

 

 

10.08.2002

YO

İran

s

1:1

90

 

1

1

 

 

21.08.2002

YO

Özbəkistan

e

2:0

90

 

1

1

 

 

07.09.2002

AÇSO

İtaliya

e

0:2

90

 

1

 

 

 

12.10.2002

AÇSO

Finlandiya

s

0:3

24

 

 

 

 

 

20.11.2002

AÇSO

Uels

e

0:2

90

 

1

1

 

 

12.02.2003

AÇSO

Serbiya və Çernoqoriya

s

2:2

90

 

1

1

 

 

11.06.2003

AÇSO

Serbiya və Çernoqoriya

e

2:1

90

 

1

 

 

 

06.09.2003

AÇSO

Finlandiya

e

1:2

90

 

1

 

 

 

11.10.2003

AÇSO

İtaliya

s

0:4

90

 

1

 

 

 

14.12.2003

YO

BƏƏ

s

3:3

90

 

1

 

 

 

17.12.2003

YO

Oman

s

0:1

57

 

1

1

 

 

18.02.2004

YO

İsrail

s

0:6

90

 

1

 

 

 

31.03.2004

YO

Moldova

s

1:2

90

 

1

 

 

 

28.04.2004

YO

Qazaxıstan

s

3:2

90

1

1

 

 

 

28.05.2004

YO

Özbəkistan

e

3:1

90

 

1

 

 

 

06.06.2004

YO

Latviya

s

2:2

90

 

1

 

 

 

18.08.2004

YO

İordaniya

s

1:1

90

 

1

1

 

 

04.09.2004

DÇSO

Uels

e

1:1

90

1

1

 

 

 

08.09.2004

DÇSO

Avstriya

s

0:2

90

 

1

 

 

 

09.10.2004

DÇSO

Şim İrlandiya

e

0:0

90

 

1

 

 

1

13.10.2004

DÇSO

İngiltərə

e

0:1

90

 

1

 

 

1

09.02.2005

YO

Moldova

e

0:0

90

 

1

 

 

1

26.03.2005

DÇSO

Polşa

s

0:8

90

 

1

 

 

 

30.03.2005

DÇSO

İngiltərə

s

0:2

90

 

1

 

 

 

29.05.2005

YO

İran

s

1:2

90

 

1

 

 

1

04.06.2005

DÇSO

Polşa

e

0:3

90

 

1

 

 

 

17.08.2005

YO

Albaniya

s

1:2

90

 

1

 

 

 

03.09.2005

DÇSO

Şim İrlandiya

s

0:2

90

 

1

1

 

1

12.10.2005

DÇSO

Uels

s

0:2

90

 

1

 

 

1

28.02.2006

YO

Ukrayna

e

0:0

90

 

1

 

 

1

12.04.2006

YO

Türkiyə

e

1:1

90

1-pen.

1

 

 

1

15.08.2006

YO

Ukrayna

s

0:6

90

 

1

 

 

1

17.11.2007

AÇSO

Finlandiya

s

1:2

90

 

1

 

 

1

21.11.2007

AÇSO

Belçika

e

0:1

90

 

1

 

 

1

26.03.2008

YO

Litva

s

0:1

90

 

1

 

 

1

01.06.2008

YO

Bosniya və Herseqovina

s

0:1

90

 

1

 

 

1

04.06.2008

YO

Andorra

s

2:1

90

 

1

 

 

1

20.08.2008

YO

İslandiya

s

1:1

90

 

1

 

 

1

27.08.2008

YO

Iran

s

0:1

90

 

1

 

 

1

06.09.2008

DÇSO

Uels

s

0:1

90

 

1

1

 

1

10.09.2008

DÇSO

Lixtenşteyn

e

0:0

90

 

1

 

 

1

11.10.2008

DÇSO

Finlandiya

s

0:1

90

 

1

 

 

1

15.10.2008

YO

Bəhreyn

s

2:1

90

 

1

 

 

1

19.11.2008

YO

Albaniya

e

1:1

90

 

1

 

 

1

28.03.2009

DÇSO

Rusiya

s

0:2

90

 

1

 

 

1

02.06.2009

YO

Türkiyə

s

0:2

51

 

1

0

1

1

06.06.2009

DÇSO

Uels

e

0:1

90

 

1

 

 

1

09.06.2009

YO

İspaniya

e

0:6

90

 

1

 

 

1

12.08.2009

DÇSO

Almaniya

e

0:2

90

 

1

 

 

1

25.02.2010

YO

İordaniya

s

2:0

90

 

1

 

 

1

03.03.2010

YO

Lüksemburq

s

2:1

90

 

1

 

 

1

26.05.2010

YO

Moldova

n

1:1

90

 

1

 

 

1

29.05.2010

YO

Makedoniya

n

1:3

75

-1

1

 

 

1

02.06.2010

YO

Honduras

n

0:0

90

 

1

 

 

1

11.08.2010

YO

Küveyt

e

1:1

45

 

1

 

 

1

07.09.2010

AÇSO

Almaniya

s

1:6

90

-1

1

 

 

1

08.10.2010

AÇSO

Avstriya

s

0:3

90

 

1

 

 

1

12.10.2010

AÇSO

Türkiyə

e

1:0

90

1

1

 

 

1

09.02.2011

YO

Macarıstan

n

0:2

90

 

1

 

 

1

29.03.2011

AÇSO

Belçika

s

1:4

90

 

1

 

 

1

03.06.2011

AÇSO

Qazaxıstan

s

1:2

90

 

1

 

 

1

07.06.2011

AÇSO

Almaniya

s

1:3

90

 

1

 

 

1

10.08.2011

YO

Makedoniya

e

0:1

90

 

1

 

 

1

02.09.2011

AÇSO

Belçika

e

1:1

90

 

1

 

 

1

06.09.2011

AÇSO

Qazaxıstan

e

3:2

90

 

1

 

 

1

07.10.2011

AÇSO

Avstriya

e

1:4

90

 

1

 

 

1

11.10.2011

AÇSO

Türkiyə

s

0:1

90

 

1

 

 

1

24.02.2012

YO

Sinqapur

n

2:2

45

 

1

 

 

1

27.02.2012

YO

Hindistan

n

3:0

90

 

1

 

 

1

29.02.2012

YO

Fələstin

n

0:2

90

 

1

 

 

1

15.08.2012

YO

Bəhreyn

e

3:0

90

-pen.

1

 

 

1

07.09.2012

DÇSO

İsrail

e

1:1

90

 

1

 

 

1

11.09.2012

DÇSO

Portuqaliya

s

0:3

90

 

1

 

 

1

22.03.2013

DÇSO

Lüksemburq

s

0:0

90

 

1

 

 

1

26.03.2013

DÇSO

Portuqaliya

e

0:2

90

 

1

1

 

1

29.05.2013

YO

Qətər

s

1:1

45

 

 

 

 

 

07.06.2013

DÇSO

Lüksemburq

e

1:1

90

 

1

 

 

1

14.08.2013

YO

Malta

e

3:0

13

 

 

 

 

 

07.09.2013

DÇSO

İsrail

s

1:1

90

 

1

 

 

1

11.10.2013

DÇSO

Şim İrlandiya

e

2:0

90

 

1

 

 

1

15.10.2013

DÇSO

Rusiya

e

1:1

90

 

1

 

 

1

05.03.2014

YO

Filippin

n

1:0

32

 

 

 

 

 

03.09.2014

YO

Rusiya

s

0:4

90

 

1

 

 

1

09.09.2014

AÇSO

Bolqarıstan

e

1:2

90

 

1

 

 

1

10.10.2014

AÇSO

İtaliya

s

1:2

90

 

1

1

 

1

13.10.2014

AÇSO

Xorvatiya

s

0:6

90

(1)

1

 

 

1

16.11.2014

AÇSO

Norveç

e

0:1

90

 

1

 

 

1

28.03.2015

AÇSO

Malta

e

2:0

90

 

1

 

 

1

07.06.2015

YO

Serbiya

n

1:4

45

 

1

 

 

1

12.06.2015

AÇSO

Norveç

s

0:0

90

 

1

 

 

1

03.09.2015

AÇSO

Xorvatiya

e

0:0

90

 

1

 

 

1

06.09.2015

AÇSO

Malta

s

2:2

90

 

1

 

 

1

10.10.2015

AÇSO

İtaliya

e

1:3

90

 

1

 

 

1

13.10.2015

AÇSO

Bolqarıstan

s

0:2

90

 

1

1

 

1

26.03.2016

YO

Qazaxıstan

n

0:1

45

 

1

 

 

1

29.05.2016

YO

Makedoniya

n

1:3

90

 

1

 

 

1

04.09.2016

DÇSO

San-Marino

s

1:0

90

 

1

 

 

1

08.10.2016

DÇSO

Norveç

e

1:0

90

 

1

 

 

1

09.03.2017

YO

Qətər

s

2:1

45

 

1

 

 

1

26.03.2017

DÇSO

Almaniya

e

1:4

90

 

1

 

 

1

10.06.2017

DÇSO

Şim İrlandiya

e

0:1

90

 

1

 

 

1

01.09.2017

DÇSO

Norveç

s

0:2

90

(1)

1

 

 

1

05.09.2017

DÇSO

San-Marino

e

5:1

90

1

1

 

 

1

  05.10.2017       DÇSO                     Çexiya                      e          1:2       90                    1                     1

DÇSO – dünya çempionatının seçmə oyunu, AÇSO – Avropa çempionatının seçmə oyunu, e – evdə, s - səfərdə, n – neytral meydanda, (1) – avtoqol, pen. – penaltidən, -pen. – qaçırılan penalti, dəq – dəqiqə, st – start heyətində, sv – sarı vərəqə, qv –qırmızı vərəqə, k – kapitan.

 

Millidə sönənlər

“Gəmisi” ilə vidalaşan kapitandan başqa millidə karyerası bitirən olmasa da, sönənlər oldu və onların yığma perspektivi ümidverici deyil. Məhz Prosineçkinin vaxtında milliləşdirilərək cəlb olunan yarımmüdafiəçi Eddi İsrafilovla hücumçu Dəniz Yılmazı sonradan xorvatın özü çağırmadı. Onlar nəinki qol hesablarını aça bilmədilər, heç 1 matçda belə 90 dəqiqə oynamadılar. Belə legionerlərin millinin yeni baş məşqçisi Qurban Qurbanova da lazım olmayacağını indidən güman olar. Digər milliləşən - 18 yaşlı hücumçu Renat Dadaşov da böyük ümidlər bəslənilsə də, 1 oyunda cəmi 18 dəqiqə meydanda olmaqla, özü də San-Marinoya qarşı oynamaqla yadda qaldı.

Millidə əsas sönənlər isə Qurban Qurbanova tanış olanlardı. Bunlar "Qarabağ"ın müdafiəçisi Arif Daşdəmirovla yarımmüdafiəçisi Ağabala Ramazanovdu. Daşdəmirov Prosineçkinin vaxtında müdafiənin sol cinahının əvəzolunmaz ismiydisə, “Qarabağ”a keçəndən sonra yığma karyerası uğursuzluğa düçar oldu. Belə ki, “Qarabağ”da əsas heyətdə düşə bilməyərək günlərini ehtiyat oyunçular skamyasında keçirən Arif nəticədə milliyə dəvət almadı. Ramazanov isə daha çox zədə probleminin əziyyətini çəkməli oldu. Hərçənd, oynadığı vaxt millidə əsas heyətdə güvənilən futbolçulardan idi. Ancaq Ağabala artıq xeyli vaxtdır “Qarabağ”da da oynamır.

Millidə ötən seçmə mərhələdə ilk qolunun müəllifi olan, bunu debütündə reallaşdıran hücumçu Ruslan Qurbanovun “Qəbələ”də əsas heyətdə yerini itirməsi nəticəsində də yığmada da arxa plana keçdi. Yarımmüdafiəçi Emin Mahmudov böyük ümdlərlə Prosineçkinin vaxtında cəlb olunsa da, “Boavişta”da ehtiyatda qalmasıyla milliyə çağırılmadı. Bir vaxtlar yığmamızın liderlərindən, bombardirlərindən olan digər mərkəz yarımmüdafiəçisi Elvin Məmmədov də artıq “sönən ulduzlar”ımızdandı.

 

MEHMAN SÜLEYMANOV

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib

24 May 2018
23 May 2018
B.eÇ.aÇC.aCŞB