TOP 10

Millimizin oyunçuları xarici çempionatlarda

Voleybol
Tarix: 2017-11-27 15:58

Voleybol üzrə Azərbaycan millisinin oyunçuları xarici çempionatlarda növbəti matçlara çıxıblar. Sport24.az sizi onların son turlardakı çıxışı ilə tanış edir:

Türkiyə
“Fənərbaxça”nın şərəfini qoruyan Polina Rəhimova “Vakifbank”a qarşı keçirilən oyunda 4 xal yığıb, komandası 1:3 hesabı ilə məğlub olub.

Odina Bayramovanın çıxış etdiyi “Seramiksan” səfərdə “Eczacıbaşı”ya məğlub olub – 0:3. Yığmamızın kapitanı 10 xal yığıb.

Kiçik zədədən sonra meydançaya qayıdan Yana Kulan “Beylikdüzü”nün heyətində ən məhsuldar oyunçu olsa da, komandası “Qalatasaray”a məğlub olub – 0:3.

9 turdan sonra “Fənərbaxça” 2-ci, “Seramiksan” 9-cu, “Beylikdüzü” 11-ci yerdə qərarlaşıb.

Fransa
“Venelles” komandasında çıxış edən Anastasiya Qurbanova “Mulhouse”-a qarşı oyunda 15 xal yığıb, komandası 3:2 hesabı ilə qalib gəlib.

Olena Həsənovanın şərəfini qoruduğu “Le Cannet” “Beziers”-ə 2:3 hesabı ilə məğlub olub, Həsənova 14 xal yığıb.

7 turdan sonra “Le Cannet” 4-cü, “Venelles” 5-ci yerdə qərarlaşıb.

Rusiya
Natalya Məmmədovanın “Dinamo-Kazan” komandası son turda “Zareçye-Odintsovo”nun qonağı olub və həmin oyunda 3:0 hesablı qələbə qazanıb. Məmmədova bu oyunda 12 xal yığıb.

Kseniya Poznyakın “Leninqradka”sı doğma meydançada “Proton”a məğlub olub – 0:3. Poznyak bu oyunda 6 xala imza atıb.

7 turdan sonra “Dinamo-Kazan” birinci, “Leninqradka” beşinci sıradadır.

İtaliya
Yelizaveta Səmədovanın çıxış etdiyi “Scandicci” səfərdə “Legnano” üzərində inamlı qələbə qazanıb – 3:0. Səmədova bu oyunda ehtiyatda qalıb.

8 turdan sonra “Scandicci” A Seriyasının 3-cü pilləsində yer alıb.

18 Iyul 2018
17 Iyul 2018
B.eÇ.aÇC.aCŞB