TOP 10

Qonşularımız "üçlük"də, biz dördüncü olduq

Güləş
Tarix: 0000-00-00 00:00

Macarıstanda təşkil olunan U23 Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub. Sport24.az xəbər verir ki, 2 qızıl, 3 bürünc medal qazanan sərbəstlərimiz yekun nəticədə turnirin dördüncü komandası olub. Reqlamentə görə komandaların yerləri ayrı-ayrı çəkilərdə çıxış edən güləşçilərin qazandığı xalların cəminə əsasən müəyyənləşir ki, 8 nəfərlə təmsil olunan Azərbaycan millisi yeddi güləşçinin sayəsində 53 xal toplaya bilib. 

Birinci yeri 61 xalla Rusiya, ikinci yeri onlardan 1 xal geri qalan Gürcüstan tutub. Türkiyə güləşçiləri isə 58 xalla üçüncü olub.

Qeyd edək ki, güləşçilərimizdən Teymur Məmmədovla Hacımurad Ömərov(65 və 70 kq) komandamızın aktivinə hərəyə 10, Əli Rəhimzadə(61), İsmayıl Abdullayev(74) və Kənan Əliyev(86) hərəyə 8, Pərviz İbrahimov(57) 6, Umar İsrailov(125) isə 3 xal yaza bilib. Onluğa düşə bilməyərək, xalsız qalan yeganə təmsilçimiz Pərviz Axundov(97 kq) olub.

 

CBCsport
10 Iyul 2020
09 Iyul 2020
B.eÇ.aÇC.aCŞB