TOP 10

Türkiyə 5 pillə geriyə - Azərbaycan qabağa düşdü

Olimpiada
Tarix: 0000-00-00 00:00

Türkiyə yüngül atletlərinin Pekin və London Olimpiadasındakı nəticələri sıfırlandıqdan sonra Olimpiadaların medal cədvəlində dəyişikliklər olub. Sport24.az xəbər verir ki, Elvan Abeylegessenin iki, Qamzə Bulutun isə bir "gümüş"ünün alınması ilə Türkiyə olimpiyaçıları 2008 və 2012-ci İl Olimpiadalarında 5 pillə geriyə düşüb. 

Türklər Pekin Olimpiadasındakı 38-ciliyi 43-cü, London Olimpiadasında isə 41-ciliyi isə 46-cı pilləyə dəyişməli olub. 

Beləliklə, Pekin Olimpiadasındakı göstəricisi 1 qızıl, 1 gümüş, 4 bürünc medal olan ölkəmiz türkləri qabaqlayaraq bir pillə irəli düşüb. 

Qeyd edək ki, Vitali Rəhimovun Pekindəki gümüş medalı əlindən alındıqdan sonra Azərbaycan komandası siyahıda bir pillə geri - 40-cı yerdən 41-ə düşmüşdü.

19 Sentyabr 2018
18 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB