TOP 10

Birgə gimnastika yarışlarında qaliblər müəyyənləşdi

Gimnastika
Tarix: 2017-11-19 14:06

17-18 noyabr tarixlərində Milli Gimnastika Arenasının köməkçi zalında kişi və qadın idman gimnastikası üzrə Azərbaycan çempionatı, Bakı birinciliyi, həmçinin Akrobatika Gimnastikası üzrə Azərbaycan çempionatı baş tutub. Sport24.az xəbər verir ki, turnirin ilk gününə akrobatlar start verib.

Cütlük və qrupda çıxış edən gimnastlarımız hakimlər qarşısında öz yeni proqramlarını təqdim ediblər. Çətin elementlər və zövqlü musiqidən ibarət çıxışlar həm hakimlər, həm də tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Akrobatlarımızın mükafatlandırılmasında hər kateqoriyada 4-dən az idmançı olduğundan gimnastlarımıza yalnız hədiyyələr təqdim olunub.

Daha sonra meydançanı güc və dözümlülüyü tərənnüm edən idman gimnastları təhvil alıb. Yarışların 1-ci günündə kişi idman gimnastları balalar, kiçiklər və balacalar yaş kateqoriyasında öz aralarında qalibləri müəyyənləşdiriblər. Qadın idman gimnastikasında isə uşaqlar, yeniyetmələr və gənclərin mükafatlandırılması keçirilib. Yaşlarının az olmasına baxmayaraq yeni nəsil gimnastlarımız, əsl yarış əzmi nümayiş etdirərək, fəxri kürsüyə yüksəlməyi bacarıblar.

Yarışların ikinci günü isə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında yer alan kişi idman gimnastları, balacalar yaş kateqoriyasında isə qadın idman gimnastları öz güclərini sınayıblar. Öz övladlarını izləməyə gələn valideynlər isə onların uğurlarına sevinərək, yarışın sonuna qədər idmançılarımıza dəstək oldular.

Medallar uğrunda gedən mübarizədə Bakı Gimnastika Məktəbi, Ocaq Sport Klubu və Respublika Oimpiya İdman Liseyinin yetirmələri fərqləniblər.
 

19 Sentyabr 2018
18 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB