TOP 10

U23 AÇ: Ömərov Avropa çempionu oldu, daha iki güləşçimizdən bürünc medal - YENİLƏNİB

Güləş
Tarix: 0000-00-00 00:00

Güləşçilərimiz Avropa çempionatının ikinci gününü 1 qızıl, 2 bürünc medalla başa vurub. Sport24.az xəbər verir ki, 61 kiloqram çəki dərəcəsində Əli Rəhimzadə üçüncülük görüşündə isveçrəli rəqibi Rendi Adrian Voku 13-2 hesabı ilə məğlub edib. 

70 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacımurad Ömərov qələbə seriyasını finalda da davam etdirib. Təmsilçimiz bu mərhələdə Zaurbek Sidakovu son xal qaydası ilə məğlub edib(1*-1).

86 kq-dakı təmsilçimiz Kənan Əliyev isə bürünc medal qarşılaşmasında isveçrəli Stefan Reiçmut üzərində 2-1 hesabı ilə qalib gəlib.

Beləliklə, sərbəst güləşçilərimiz turniri 2 qızıl, 3 bürünc medalla tamamlayıb.

Qeyd edək ki, ilk gündə mübarizə aparan güləşçilərimizdən Teymur Məmmədov(65 kq) qızıl, İsmayıl Abdullayev(74 kq) bürünc medal qazanıb.

***

 

Macarıstanın Szhombatly şəhərində təşkil olunan 19-23 yaş arası güləşçilərin Avropa çempionatı davam edir. Sport24.az xəbər verir ki, turnirin ikinci günü də sərbəst güləşçilər münasibətlərinə aydınlıq gətirir. 

61 kq

Bürünc medal görüşü: Əli Rəhimzadə

1/2 final: Əli Rəhimzadə 2 - 4 Hacımurad Rəşidov(Rusiya)

1/4 final Əli Rəhimzadə 5 - 0 Hüseyn Şaxbanau(Belarus)

1/8 final: Əli Rəhimzadə 5 - 3 Niko Antonio Zarkone(Almaniya)

70 kq

Flnal: Hacımurad Ömərov - 

1/2 final: Hacımurad Ömərov(tuşe) - Surxo Ratxanau

1/4 final Hacımurad Ömərov 10 - 0 Toma Vaskan(Moldova) 1/8 final: Hacımurad Ömərov 12 - 1 Mirzə Şukulukiya(Gürcüstan)

86 kq:

1/2 final: Kənan Əliyev 6 - 8 Bendeguz Toth(Macarıstan)

1/4 final: Kənan Əliyev 8 - 0 Aron Kaneva(Kanada)

1/8 final: Kənan Əliyev 5 - 2 Abdulla Omarov(Belarus)

125 kq - 1/8 final: Umar İsrailov 6 - 14 Danilo Kartavyi(Ukrayna)

Qeyd edək ki, ilk gündə mübarizə aparan təmsilçilərimizdən Teymur Məmmədov(65 kq) qızıl, İsmayıl Abdullayev bürünc medal qazanıb.

CBCsport
10 Iyul 2020
09 Iyul 2020
B.eÇ.aÇC.aCŞB