TOP 10

Yana – 26, Odina – 19, Polina - 12

Voleybol
Tarix: 2017-11-13 16:32

Voleybol üzrə Türkiyə çempionatında 7-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Polina Rəhimovanın formasını geyindiyi “Fənərbaxça” səfərdə “İlbank” üzərində qələbə qazanıb – 3:0. Rəhimova bu oyunda 12 xal yığıb.

Odina Bayramovanın şərəfini qoruduğu “Seramiksan” da qələbə qazanıb. Mustafa Doğancının yetirmələri “Nilüfer Bld” komandasını 3:2 hesabı ilə məğlub edib. Yığmamızın kapitanı 19 xal qazanıb, komandasının ən məhsuldar oyunçusu olub.

Yana Kulanın çıxış etdiyi “Beylikdüzü” “Çanakkale”yə 2:3 hesabı ilə məğlub olub. Kulan bu oyunda 26 xala imza atıb.

7 turdan sonra “Fənərbaxça” 1-ci, “Seramiksan” 9-cu, “Beyliksüzü” isə 12-ci yerdə məskunlaşıb.
 

16 Avqust 2018
15 Avqust 2018
B.eÇ.aÇC.aCŞB