TOP 10

Azərbaycanlı gimnastdan bir turnirdə 4 “qızıl” və 1 “gümüş”

Gimnastika
Tarix: 2017-11-07 16:48

Belçikanın Gent şəhərində keçirilən bədii gimnastika üzrə “Happy Cup” adlı beynəlxalq turnirdə yığma komandamız hesabına 5 medal yazdırıb. Sport24.az xəbər verir ki, qazanılan medalların sahibəsi, millimizin üzvü Zöhrə Ağamirova 27 iştirakçı arasında qüsursuz çıxışları ilə fərqlənərək, ilk qızılını məhz ən çətin proqramda – çoxnövçülükdə əldə edib.

Bu uğurun ardınca yarış meydançasında öz kompozisiyalarını daha da cəsarətlə icra edən gimnastımız halqa, gürzlər və lentlə də final mərhələlərində bütün rəqiblərini geridə qoyaraq, növbəti 3 qızıl medala yiyələnib və bununla da Gentin idman arenasında düz 4 dəfə Azərbaycan Himnini qürurla səsləndirməyə müvəffəq olub. Zöhrə 1 gümüş medalını isə topla hərəkətlərdə qazanıb.

Turnirdə “yunior” proqramda ölkəmizi təmsil edən gimnastımız Yelizaveta Luzan isə iki finalda çıxış edib. Gənc idmançımız 57 iştirakçı arasında lentlə 4-cü, topla isə 5-ci yerdə qərarlaşıb.  
 

19 Noyabr 2018
18 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB