TOP 10

Bakı batut gimnastikası üzrə Avropa çempionatına hazırlaşır

Gimnastika
Tarix: 2017-11-02 15:55

Bakı şəhəri 2018-ci ilin 12-15 aprel aralığında batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 26-cı Avropa çempionatına ev sahibliyi edəcək. Sport24.az xəbər verir ki, ötən həftə, 2017-ci ilin son Avropa çempionatı başa çatdıqdan sonra diqqət dərhal növbəti ilə yönəlib.

Belə ki, Bakıda keçiriləcək batut gimnastikası üzrə Avropa Çempionatının Yerli Təşkilat Komitəsi Avropa Gimnastika İttifaqının (UEG) baş direktoru Liza Uortman (Almaniya), batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Vladimir Zemanı (Çexiya) və UEG-nin işçi heyətini Milli Gimnastika Arenasında salamlayıb. Bütün gimnastika növləri üzrə yığma komandaların evi hesab edilən Milli Gimnastika Arenası, proqramına tamblinq, ikili mini-batut və batut gimnastikası üzrə fərdi və sinxron çıxışlar daxil olan və iki ildən bir keçirilən Avropa çempionatı üçün ideal bir məkan olacaq. Bu məkanda ilk Avropa Oyunlarını təşkil etmiş və hər il Dünya Kubokları seriyalarına ev sahibliyi edən Azərbaycan təcrübəli təşkilatçıdı.

UEG-nin qlobal tərəfdaşı olan SmartScoring şirkəti ilə xalların hesablanması sistemi və yarış cədvəlini müzakirə etməzdən əvvəl, baş katib Fərid Qayıbovun rəhbərliyi ilə təşkilatçılar UEG heyətini yarış məkanı, avadanlıq, alətlərlə və onların təklif olunan yerləşdirilmə planı ilə tanış ediblər.
 

20 May 2018
19 May 2018
B.eÇ.aÇC.aCŞB