TOP 10

Millimizin üzvü “Qalatasaray” üzərində qələbəyə sevindi

Voleybol
Tarix: 2017-11-02 15:14

Voleybol üzrə Türkiyə Super Liqasında növbəti turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” “Qalatasaray”ı 3:1 hesabıyla məğlub edib. Rəhimovanın özü bu oyunda 10 xala imza atıb.

Yığmamızın kapitanı Odina Bayramovanın çıxış etdiyi “Seramiksan” səfər oyununda “Beşiktaş”a 0:3 hesabıyla məğlub olub. Bayramova bu oyunda 8 xal yığıb.

Yana Kulanın “Beylikdüzü” komandası “Bursa BŞB”-ya 3:2 hesabıyla qalib gəlib, hücumçumuz aktivinə 15 xal yazıb.

5 turdan sonra “Fənərbaxça” 1-ci, “Seramiksan” 9-cu, “Beylikdüzü” 10-cu yerdədi.
 

23 May 2018
22 May 2018
B.eÇ.aÇC.aCŞB