TOP 10

Avropa çempionumuz Dağıstanda məşqçiliyə başladı

Güləş
Tarix: 0000-00-00 00:00

Sərsbət güləş üzrə Avropa çempionumuz Mahmud Məhəmmədov məşqçilik fəaliyyətinə başlayıb.

Sport24.az xəbər verir ki, millimizin keçmiş üzvü Dağıstanın yeniyetmələrdən ibarət yığmasına böyük məşqçi kimi təyinat alıb. Bu barədə o, özünün "facebook" səhifəsində yazıb: Mən hamıya çox minnətdaram. Dünəndən çoxsaylı təbriklər almışam. Çox xoşdur ki, təyinatımı bu qədər insan dəstəkləyib. Allahın köməyilə etimadı doğrultmaq üçün hər şey edəcəm. Şükür Allaha ki, bunun üçün imkanım və istəyim var. Məni çox yüksək səviyyəli peşəkar məşqçilərim, qardaşlarım, yaxınlarım dəstəkləyirlər. Ənvər Abdullayeviçlə Sacid Sacidovun komandasında işləmək mənim üçün böyük şərəfdir".

Qeyd edək ki, millimizin heyətində ən yüngül çəki dərəcəsində çıxış edən 31 yaşlı Mahmud Məhəmmədov 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatının qalibi, bir il sonra Dortmundda keçirilən analoji turnirin isə bürünc mükafatçısı olub.

 

CBCsport
10 Iyul 2020
09 Iyul 2020
B.eÇ.aÇC.aCŞB