TOP 10

Millimizin futbolçuları “danışan rəqəmlərin dili”ylə - LAYİHƏ

Layihə
Tarix: 2017-10-29 23:59

Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Yığma” istiqamətində “Futbol üzrə Azərbaycanın milli komandası: keçmişə baxış və perspektiv üfüqləri” adlı layihəsində silsilə yazılarına start verir. İlk yazı “Milli komanda üzvləri DÇ-2018-in seçmə mərhələsində “danışan rəqəmlərin dili”ylə istiqamətindədi.

 

Əvəzolunmaz tək futbolçu ən çox güvənilən üçlüyün arxasında

Azərbaycan millisi üçün daha bir seçmə mərhələ arxada qalıb. 2018-ci il dünya çempionatının seçmə mərhələsində C qrupunda mübarizə aparan Robert Prosineçkinin komandası 10 oyundan 10 xalla qrupda 5-ci yeri tutdu və yalnız xal üzünə həsrət qalan San-Marino yığmasını turnir cədvəlində qabaqladı.

Xorvatiyalı mütəxəsis ötən tsikdə 27 futbolçunun xidmətindən yararlanıb. Bunlardan yalnız 3-ü - yarımmüdafiəçilər Qara Qarayevlə Rahid Əmirquliyev və hücumçu Ramil Şeydayev bütün matçlarda çıxış edib. Lakin üçlükdən heç biri bu görüşlərin hər birində 90 dəqiqə meydanda olmayıb. Eyni mövqeyin oyunçuları, mərkəz yarımmüdafiəçiləri – Qarayevlə Əmirquliyev daha çox – 8 dəfə start heyətində yer alıb. Şeydayev isə 6 matçda ilk dəqiqələrdən meydanda olub. Qara Rahidi dəqiqə sayında qabaqladığından liderlər arasında ən çox oynayan futbolçudu.

Ancaq meydanda keçirilən zaman baxımındam lider Kamran Ağayevdi. Millimizin “1 nömrə”si 9 oyunun hamısını əvəz olunmadan keçirərək, 810 dəqiqə meydanda olub. Göründüyü kimi, Kamran Qaranı 55 dəqiqə arxada qoyur. Sadəcə, Ağayev San-Marino yığmasına Bakda 5:1 hesabı ilə qalib gəldiyimiz rəsmi oyunda ehtiyatda qaldığından oyun sayında Qarayevdən geri qalır. 

 

Ramil Şeydayev fərqi

Maraqlıdır ki, lider futbolçuların hər 3-ü eyni klubun – “Qarabağ”ın şərəfini qoruyur. Ancaq Ramil cari seçmə mərhələnin son 4 oyununadək bu klubun futbolçusu deyildi. Ən maraqlısı odur ki, Şeydayev millimizdə debüt etdiyi seçmə mərhələdə 2 də yox, birdən-birə 3 klubu təmsil edib. Onun “Zenit”dən “Trabzonspor”a keçəndən sonra millimizdə çıxış edəcəyi dəqiqləşib və bu ilin yanvarınadək baş tutan ilk 4 matçda Türkiyə klubunun üzvü idi. Qışda “Jilina”ya icarəyə verilən Ramil millimizin sonrakı 2 qarşılaşmasında Slovakiya klubunun futbolçusu kimi təmsil olunub. Nəhayət, avqustda “Qarabağ” istedadlı hücumçunu “Trabzonspor”dan icarəyə götürüb və o, bu dəfə Azərbaycan klubunun təmsilçisi olub. Millimizdə son seçmə mərhələdə Şeydayev kimi 3 klubu təmsil edən başqa futbolçu olmayıb.

 

“Qarabağ”ın aşkar liderliyi

Milliyə ezam edilən futbolçuların məxsus olduğu klubların virtual yarışmasında “Qarabağ” şəriksiz liderdi. Ağdam təmsilçisinin  12 oyunçusu son seçmə tsikldə əsas komandaya cəlb edilib. Liderin ən yaxın izləyiciləri hərəyə 4 futbolçu “ixrac” edən “Qəbələ”ylə “Neftçi” olub. Bu yerdə qeyd edək ki, bəzi futbolçular yeni komandaya keçəndən sonra milliyə dəvət olunmadığından, onları 2 klubun təmsilçisi kimi nəzərə almamışıq. Məsələn, Emin Mahmudov “Boavişta”dan “Neftçi”yə keçəndən sonra millidə son 4 oyuna dəvət olunmayıb. Eyni sözləri digər yarımmüdafiəçimiz, İspaniyada klub dəyişən, Sequndada “Kadiz”dən “Ximnasitik”ə keçən Eddi İsrafilov haqda da demək olar. Renat Dadaşov isə millimizdə forma geyindiyi yeganə oyununda qış fasiləsindən sonra keçdiyi Almaniyanın “Anynatxt” klubunun futbolçusu olub. Ötən seçmə mərhələinin iştirakçısı olan futbolçulardan çoxu – 27-dən 19-u seçmə mərhələdə 1 klubun təmsilçisi kimi çıxış edib.

İki kaptan, yeni kapitan

Millimizdə çıxışını başa vuran kapitan Rəşad Saqovdan bu sarğı onun “Qarabağ”da da komanda yoldaşı olan Rahid Əmirquliyevə keçib. Yəni millimizdə ötən seçmə mərhələdə 2 kapitan olub. Rəşad 7, Rahid 3 dəfə bu funskiyanı yerinə yetirib. Sadıqovun zədə üzündən iştirak etmədiyi  ilk 2 matçda – Çexiya və Şimali İrlandiya ilə səfər oyunlarında onu vitse-kapitan Əmirquliyev əvəzləyib. Ancaq Almaniya ilə səfər matçında Rəşad artıq çıxışını başa vurduğundan Rahid millini əsas kapitan kimi oyuna çıxarıb.

Rəşad Sadıqov ən yaşlı, Renat Dadaşov ən gənc

Rəşad ötən seçmə mərhələdə millimizin eyni zamanda ən yaşlı futbolçusu olub. 35 yaşlı müdafiəçinin son, vida matçı Çexiya yığmasına Bakı Olimpiya Stadionunda 1:2 hesabı ilə uduzduğumuz qarşılaşma olub. Ən gənc futbolumuz isə elə ötən seçmə mərhələdə debüt edən Renat Dadaşov olub. 18 yaşlı hücumçu San-Marino yığmasına “Bakcell Arena”da 5:1 hesabı ilə qalib gəldiyimiz matçda siftə edib. O, eyni zamanda ən az meydanda olan milli futbolçumuzdu – cəmi 18 dəqiqə.

Əfran İsmaylovdan iki liderlik

Keçən seçmə mərhələdə millimizin oyunlarında 2 avtoqol qeydə alınıb. Bunlardan biri öz futbolçumuzun, digəri rəqib futbolçusunun qapıları səhv salması nəticəsində reallaşıb. Millimizdən Sadıqov avtoqol müəlliifi olub. Rəşad Norveç yığmasına Osloda 0:2 hesabı ilə yenildiyimiz oyunda topu öz qapısına göndərib. Millimizin 10 qolundan -1-i san-marinolu Miçel Çevolenin topu öz qapısına vurması hesabına gerçəkləşib. Bu, təkcə son seçmə mərhələdə yox, millimizin 25 illik tarixində ən çox top vurduğu “Bakcell Arena”da 5:1-lik matçda reallaşıb.  

Millimizin digər 9 qoluna 7 futbolçu imza atıb. Bombardir Əfran İsmayılovdu. Fərqlənənlərdən yalnız ona 1 dəfədən çox – 3 dəfə qol sevinci yaşamaq nəsib olub. Əfran hər 3 qoluna evdə imza atıb. O, San-Marino ilə matçda dubl edibsə, Çexiyanın qapısına penaltidən yol tapıb. Digər qol müəlliflərimiz Ruslan Qurbanov (San-Marinoyla səfər oyunu, 1:0), Maksim Medvedev (Norveçlə ev oyunu, 1:0), Dmitri Nazarov (Almaniyayla ev oyunu, 1:4), Araz Abdullayev (San-Marinoyla ev oyunu, 5:1), Rəşad Sadıqov (San-Marinoyla ev oyunu 5:1) və Ramil Şeydayev (Almaniyayla səfər oyunu, 1:5) olub.

Burda 2 əsas məqam diqqət çəkir. Əvvəla, ötən seçmə mərhələdə səfərdə yalnız 1 qol vurmuşuq və buna Şeydayev imza atıb. Yeri gəlmişkən, 21 yaşlı hücumçu bununla millidə nəhayət, 10-cu oyununda qol hesabını açıb. Sadıqov isə 1 seçmə mərhələdə 2 dəfə adını tabloya yazdırıb ki, birində qol, digərində avtoqol müəllifi olub.

Millimizdə qol vuranlardan Qurbanov, Medvedev və Şeydayev qol hesablarını son tsikldə açıblarsa, Abdullayevlə İsmayılov buna yoldaşlıq görüşlərində nail olmuşdular. Onlar üçün rəsmi oyunlarda ilk dəfə fərqlənmə məhz ötən seçmə mərhələ olub. Nazarov millimizdə qol hesabını açanda hələ Prosineçki yox idi, baş məşqçi almaniyalı Berti Foqts idi. O, bu dəfə 6-cı qolu hesabına yazıb və bununla millimizin hazırkı heyətində ən sərrast oyunçudu. Dmitri hətta 5 qol müəllifi kimi millimizlə vidalaşan sabiq kapitan Rəşad Sadıqovu da qabaqlayır.  

Əfran məhsuldar ötürmə sayında da liderdi. Yarımmüdafiəçi 2 dəfə assistent olub. Ümumiyyətlə isə yığmamızın 7 ötürmə müəllifi olub. İsmayılov millimizin ötən seçmə mərhələdə yeganə penaltisini qola çevirən futbolçudu. Rəqiblərimiz isə buraxılan 19 topdan 1-ni penalti ilə gerçəkləşdirib. Bu, Norveç yığmasıyla Oslodakı matçda Ağayevə qol vurulan 11 metrlik cərimə zərbəsidi. Buna rəqib hücumçu Coşua Kinq 2:0 hesabı ilə qalib gəldikləri matçın ilk hissəsində hesabı açmaqla nail olub.

İntizamlı yığmamız

Millimizi son seçmə mərhələdə ən intizamlı komandalardan biri saymaq olar. Azərbaycan yığması 10 matçda cəmi 11 sarı vərəqə alıb. Yeganə qırmızı vərəqə Bədavi Hüseynovun passivindədi. “Qarabağ”ın müdafiəçisi Norveç yığmasıyla Oslodakı matçda 2-ci ”sarı”ya görə meydandan çıxarılıb. Bununla o, növbəti matçı cəza üzündən buraxmalı olub. Yalnız iki futbolçu – Dmitri Nazarovla Maksim Medvedev 2 dəfə xəbərdarlıq alıb və bu da məhz Oslodakı qarşılaşmaya təsadüf edib. Onlar da Bədavi kimi San-Marino ilə ev oyununda cəzalı durumda olublar.

 

Azərbaycan milli komandasının futbolçuları DÇ-2018-nin seçmə mərhələsində

 

                 Futbolçu

Oyun

Start heyətdə

Dəqiqə

Qol (penalti)

Məhsuldar ötürmə

Sarı vərəqə

Qırmızı vərəqə

  1. Qara Qarayev (1992, yarımmüdafiəçi, "Qarabağ")

10

8

755

0

0

1

0

        2. Rahid Əmirquliyev (1989, yarımmüdafiəçi, "Qarabağ")

10

8

732

0

0

0

0

       3. Ramil Şeydayev (1996, hücumçu, “Trabzonspor”, Türkiyə/"Jilina", Slovakiya/"Qarabağ")

10

6

534

1

1

1

0

      4. Kamran Ağayev (1986, qapıçı, "Boavişta", Portuqaliya/”Mlada Boleslav", Çexiya)

9

9

810

-18 (1/1)

0

0

0

      5. Dmitri Nazarov (1990, yarımmüdafiəçi, "Aue", Almaniya)

9

7

599

1

0

2

0

       6. Məhəmməd Mirzəbəyov (1990, müdafiəçi, "Qəbələ"/"Neftçi")

8

8

720

0

0

0

0

       7. Bədavi Hüseynov (1991, müdafiəçi, "Qarabağ")

8

7

630

0

0

0

1

      8. Əfran İsmayılov (1988, yarımmüdafiəçi, "Qarabağ")

8

7

598

3 (1/1)

2

0

0

      9. Rəşad Sadıqov (1982, müdafiəçi, "Qarabağ")

7

7

630

1 (A)

0

0

0

     10.  Ruslan Qurbanov (1991, hücumçu, "Qəbələ")

7

5

395

1

0

1

0

     11. Maksim Medvedev (1989, müdafiəçi, "Qarabağ")

6

6

540

1

0

2

0

    12. Cavid Hüseynov (1988, yarımmüdafiəçi, "Qəbələ")

6

6

487

0

1

1

0

     13. Namiq Ələsgərov (1995, yarımmüdafiəçi, "Qarabağ"/"Neftçi")

6

2

223

0

0

1

0

     14. Riçard Almeyda (1989, yarımmüdafiəçi, "Qarabağ")

5

5

450

0

1

1

0

     15.  Ağabala Ramazanov (1993, yarımmüdafiəçi, "Qarabağ")

5

2

240

0

1

0

0

     16. Arif Daşdəmirov (1987, müdafiəçi, "Qarabağ")

4

4

360

0

0

0

0

      17. Pavel Paşayev (1988, müdafiəçi, "Stal", Ukrayna/"Aleksandriya", Ukrayna)

4

4

360

0

0

0

0

      18. Araz Abdullayev (1992, yarımmüdafiəçi, "Qəbələ"/"Anortosis", Kipr)

3

1

76

1

0

0

0

      19. Eddi İsrafilov (1992, yarımmüdafiəçi, "Kadiz, İspaniya)

3

1

69

0

0

0

0

      20. Təmkin Xəlilzadə (1993, müdafiəçi, "Zirə")

2

2

180

0

1

0

0

      21. Emin Mahmudov (1992, yarımmüdafiəçi, "Boavişta", Portuqaliya)

2

1

82

0

0

1

0

     22. Mahir Mədətov (1997, hücumçu, "Qarabağ")

2

1

73

0

0

0

0

     23. Dəniz Yılmaz (1988, hücumçu, "Bursaspor", Türkiyə)

2

0

68

0

0

0

0

     24. Ruslan Abışov (1987, müdafiəçi, "İnter"/"Neftçi")

1

1

90

0

0

0

0

     25. Səlahət Ağayev (1991, qapıçı, "İnter"/"Neftçi")

1

1

90

-1

0

0

0

     26. Tərlan Quliyev (1992, müdafiəçi, "İnter")

1

1

90

0

0

0

0

      27. Renat Dadaşov (1999, "Ayntraxt", Frankfurt)

1

0

18

0

0

0

0

Qeyd: Miçel Çevole (1998, müdafiəçi, "Libertas", San Marino)

-

-

-

Avtoqol

-

-

-

 

MEHMAN SÜLEYMANOV

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirib

20 Iyul 2018
19 Iyul 2018
B.eÇ.aÇC.aCŞB