TOP 10

Boks millimiz Avropanın dördüncüsüdü!

Boks
Tarix: 2017-10-30 12:40

Türkiyənin Antalya şəhərində keçirilən gənc boksçular arasında Avropa birinciliyi başa çatıb. Sport24.az xəbər verir ki, 8 gün davam edən yarışın yekununa əsasən medal qazanan ölkələrin də siyahısı açıqlanıb.

Mundialda tam heyətlə təmsil olunan yığmamız 4 medal yiyələnib. Hesabına 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazan komandamız medalların həm əyarına, həm də sayına görə Avropa birinciliyini 4-cü pillədə başa vurub.

Ümumilikdə, 15 ölkə Antalyada medala sahib olub. Onlardan cəmi 6-sı çempionluq sevinci yaşayıb.

Siyahıda birinci yeri Rusiya yığması tutub. Şimal qonşularımız 5 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. 2-ci pilləyə isə ev sahibi Türkiyə və boks ənənəsi ilə fərqlənən Ukrayna şərik olub. Hər 2 komanda 1 qızıl, 2 gümüş və 2 bürünc medala yiyələnib. Millimiz 33 ölkə arasında ümumi sıralamada 4-cü yeri tutub.

Qeyd edək ki, yığmamızın heyətində Məhəmməd Abdullayev (+91 kq) qızıl, Amin Kuşkov (75 kq) gümüş və Həsən İbrahimovla (49 kq) Surət Qarayev (81 kq) bürünc medal qazanıb.
 

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB