TOP 10

Millimizin üzvündən Ukrayna Yüksək Liqasına uğurlu start

Basketbol
Tarix: 2017-10-09 19:04

Basketbol üzrə Ukraynanın Yüksək Liqasında çıxış edən “Kremen” klubu yeni mövsümdə ilk rəsmi oyunlarını keçirib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Amil Həmzəyevin formasını geyindiyi bu komanda səfərdə “Çerkaski Mavpi-2” ilə iki dəfə üz-üzə gəlib.

Basketbolçumuzun komandası hər iki oyundan qələbə ilə ayrılıb - 80:54, 87:63.

Sevindirici haldı ki, millimizin üzvü ikinci oyunda 27 xal, 8 rebaundla "dabl-dabl”a imza atıb.
 

15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB