TOP 10

"24-lük"dən yalnız 6-sı və ya Prosineçki hamımızı yanıltdı

Futbol
Tarix: 0000-00-00 00:00

Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində Almaniya yığması ilə sabahkı ev oyununda start heyəti artıq məlumdur. Sport24.az saytı özünün də iştirakçısı olduğu idman mətbuatında keçirdiyi soğrunun nəticələri ilə bağlı müqayisə aparmağı lazım bilib.

Əvvəla onu bildirək ki, respondentlərin heç biri start "11-liy"ini düzgün tapa bilməyib. Bu, ən azı ona görə ola bilməzdi ki, sorğunun 24 iştirakçısının hamısı Maksim Medvedevə əsas heyətdə yer vermişdi. Ancaq millimizin xorvatiyalı baş məşqçisi Robert Prosineçki zədə səbəbindən "Qarabağ"ın sağ cinah müdafiəçinin ehtiyatda qoymaq məcburiyyətində qalıb. Pavel Paşayevlə Məhəmməd Mirzəbəyovun müdafiənin sol cinahına düşmək uğrunda rəqib saysaq da, Maksın zədələnməsi Prosineçki hər ikisinə ilk dəqiqələrdən şans verməsini şərtləndirib. Bu isə o deməkdi ki, Mirzəbəyov ona daxil olan müdafiənin sağ, Paşayev isə sol sinahında oynayacaq. 

Sorğuya qatılanlar arasında start heyətindəki ən çox düzgün tapan 6 iştirakçı olub. Bunlar Sport24.az saytı ilə yanaşı, Tural Dadaşov (İTV), Ceyhun Rzayev (Xəzər TV), Elçin Cəlilov (Futbolpress.az), Elşən Məmmədov (Report.az), Səxavət Qurbanov (İdmanxeber.com) olub. Həmin "6-lığ"ın hər biri start heyətdəki 11 futbolçudan 9-unu düz tapıb. İki səhv göstərilən futbolçudan biri hamımızda Maksim olub.  

MEHMAN SÜLEYMANOV

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB