TOP 10

Zenyov xal itkisinə üzüldü, Şehiç darmadağına sevindi

Futbol
Tarix: 0000-00-00 00:00

"Qəbələ"nin hücumçusu Sergey Zenyov Estoniya millisinin start heyətində yer alıb. Sport24.az xəbər verir ki, təcrübəli futbolçu 2018-ci il dünya çempionatının seçmə mərhələsində Kipr yığması ilə Bakı vaxtilə saat 21:00-da başlayan səfər matçında estonların yeganə mərkəz hücumçusu olub. Zenyovun 79-cu dəqiqədə əvəzləndiyi matç yığması üçün uğursuz alınıb. Çünki qolsuz bərabərliklə nəticələnən oyun Estoniyanın 2 xal itkisi ilə nəticələnib. Zenyovun yığması 5 oyundan 4 xalla sonadən əvvəlki pillədə qərarlaşıb.  

"Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiç isə Cəbəllütariq yığması ilə evdəki rəsmi oyunun ehtiyat oyunçular skamyasında yer alıb. Bu matç da bizim vaxtla saat 21:00-da başlayıb və bosniyalıların darmadağını ilə nəticələnib - 5:0. Şehiç sonadək ehtiyatda qalıb. Bosniya və Herseqovina millisi həmin qrupda 5 oyundan 10 xalla 2-ci pillədədi. 

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB