TOP 10

Valeriya Məmmədova "arzuların komandası"nda: 33 yaşlı oyunçumuz ən yaxşı seçildi

Voleybol
Tarix: 2017-10-02 10:54

Azərbaycanda və Gürcüstanda keçirilən qadın voleybolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının final mərhələsinin ən yaxşı oyunçuları müəyyənləşdirilib. Sport24.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) "arzuların komandası"nda millimizin oyunçusu Valeriya Məmmədovaya da yer verib.

Belə kİ. 33 yaşlı Məmmədovaya ən yaxşı libero nominasiyasında mükafat təqdim olunub. Avropa çempionu Serbiya və gümüş medalçı Holalndiyadan hərəyə 3, bürünc mükafatçı Türkiyədən 1 voleybolçu ən yaxşılar arasında olub.

Xatırladaq ki, millimiz qitə birinciliyini 12 il öncə olduğu kimi 4-cü yerdə bitirərək tarixində ən yaxşı nəticəsini təkrarlayıb. 

25 Iyun 2019
24 Iyun 2019
B.eÇ.aÇC.aCŞB