TOP 10

Famil Ağayev: "Hollandiyanın demək olar ki, zəif tərəfləri yoxdu"

Voleybol
Tarix: 2017-09-29 21:14

“Oyuna çox yaxşı və dəqiq hazırlaşmışdıq. Voleybolçularımız bütün tapşırıqları düzgün yerinə yetirdilər. Rəqibi qrup mərhələsində də məğlub etdiyimiz üçün psixoloji üstünlüyümüz vardı. İstədiyimiz kimi oynayıb, qalib gəldik”. Sport24.azz xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev Bakıda keçirilən Avropa çempionatının 1/4 final mərhələsində Almaniya yığması üzərində 3:0 hesablı qələbəni şərh edərkən deyib.

O, bildirib ki, üçüncü setdə komandada arxayınlaşma olub: “Bütün kollektivlərdə bu cürdür. İlk iki setdə qalib gələndə, üçüncüdə arxayınçılıq yaranır. Ona görə də sonluq bir qədər gərgin alındı”.

Ağayev Azərbaycan millisinin yarımfinalda qarşılaşacağı Hollandiya yığması barədə də fikirlərini bölüşüb: “Hollandiya doğurdan da çox güclüdür. Demək olar ki, zəif tərəfləri yoxdu. Lider oyunçularımız potensiallarından bir qədər artıq çıxış etsələr, qalib gələcyik. Biz də güclü komandayıq və özümüzə inanırıq”.

Qeyd edək ki, sentyabrın 30-da Milli Gimnastika Arenasında keçiriləcək Azərbaycan – Hollandiya oyunu saat 18:00-da başlayacaq.

14 Sentyabr 2019
13 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB