TOP 10

Basketbolçularımız qırğızları məğlub etdi

Basketbol
Tarix: 0000-00-00 00:00

Basketbol üzrə 20 yaşlılardan ibarət millimiz Qırğızıstanda "Novruz2017" turnirində çıxışını davam etdirir. Sport24.az xəbər verir ki, turnirin üçüncü günündə Qırğızıstanın ikinci komandası ilə görüşən gənc basketbolçularımız 82-62 hesabı ilə qalib gəlib. 

İkinci olan komandamız bu günkü yarımfinalda yenidən Qırğızıstanın ikinci komandası ilə görüşəcək.

Qeyd edək ki, dörd komandanın iştirak etdiyi turnirdə ilk iki görüşdən komandamız 1 qələbə, 1 məğlubiyyətlə ayrılıb. "Gines29" komandasını üstələyən basketbolçularımız ardından Qırğızıstanın birinci komandasına uduzub.

18 Iyul 2018
17 Iyul 2018
B.eÇ.aÇC.aCŞB