TOP 10

“Sevilya”nın qapıçısı koronavirusa yoluxdu

Dünya Futbolu
Tarix: 2020-11-21 21:00

İspaniyanın “Sevilya” klubunun qapıçısı Yassin Bunu koronavirusa yoluxub. Sport24.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.


Xəbərdə bildirilir ki, Mərakeş yığmasının düşərgəsindən dönən futbolçudan götürülmüş COVİD-19 testi pozitiv çıxıb. Bu üzdən də o, karantinə alınıb.


Bu gün baş tutacaq “Selta” ilə La Liqa matçı üçün sifariş olunmayan Bunu, noyabrın 24-də baş tutacaq Rusiya “Krasnodar”ı ilə UEFA Çempionlar Liqası matçında da iştirak etməyəcək.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB