TOP 10

“Qarabağ”ın rəqibi səfərdən 1 xalla döndü

Futbol
Tarix: 2020-11-21 19:44

Futbol üzrə Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor” da növbəti matçına çıxıb.
 

Sözügedən komanda səfərdə “Fatih Karagümrük”lə qarşılaşıb. Sivaslılar bu görüşdən heç-heçə ilə ayrılıblar – 1:1.


“Sivasspor” bu mövsüm qazandığı 9 xalla 21 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.


Qeyd edək ki, “Qarabağ” İ qrupunda birgə qərarlaşdığı “Sivasspor”la ilk oyununu noyabrın 5-də səfərdə keçirib və 0:2 hesabıyla məğlub olub, digər matç isə noyabrın 26-da İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB