TOP 10

Qurban Qurbanov liderliyə yüksəldən qələbədən və zədəlilərdən söz açdı: "Getdikcə futbolçularımdan daha çoxunu tələb edəcəm"

Futbol
Tarix: 2020-11-21 18:22

"Vacib oyun idi. Liderə qarşı oynayırdıq. Bizi  yalnız qələbə liderliyə yüksəldə bilərdi. Şükürlər olsun, hər şey istədiyimiz kimi alındı. Futbolçularımı təbrik edirəm. Xüsusilə oyun nizam-intizamından razı qaldım". Sport24.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının X turunda evdə "Sumqayıt"ı 6:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

 

48 yaşlı mütəxəssis ardıcıl 3-cü oyunda böyükhesablı qələbə qazanmalarını bu cür izah edib: "Futbolda belə oyunlar olur. Ola bilər, futbolçulardan daha çox hücum etməyi və qol vurmağı tələb edirik. Əvvəllər bu, bizdə alınmırdı. Getdikcə futbolçularımdan daha çoxunu tələb edəcəm. Hazırkı vəziyyəti qorumalıyıq"

 

Zədəlilərin durumuna da toxunan Qurbanov bunları deyib: "Onların növbəti oyunda forma geyinmək şansları yoxdur. Bədavi çata bilər, o da dəqiq deyil. Rahillə Maksim ölkə xaricindədir. Yalnız test nəticələrindən sonra qayıda bilərlər. Rahildə yaxşılaşma var. Maksimdə isə simptomlar davam edir. Bir az gözləməliyik. Abbas və Patrik bu ayın sonunadək oynamayacaq. Ozobiç isə zədə səbəbindən meydana çıxa bilməyəcək".

 

Qurbanov Ağdamın işğaldan azad olunması barədə də danışıb: "Bütün xalqımı təbrik edirəm. Ağdam rəsmən bizə qayıtdı. Artıq qaçqın komandası yoxdur. Yenidən orada oynayacaq, oradakı hissləri yaşayacağıq. Bizə bu günləri yaşadan hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bundan sonra xalqımız daha da birləşəcək".

 

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB