TOP 10

Ayxan Abbasovdan darmadağına şərh: "İlk 20 dəqiqəni kimə göstərsən, deməz ki, 6 qol buraxaraq uduzarıq"

Futbol
Tarix: 2020-11-21 18:16

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın X turunda "Qarabağ"a səfərdə 1:6 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə görüş haqda danışıb.

 

- İlk növbədə "Qarabağ"ı Ağdamın qaytarılması münasibətilə təbrik edirəm. Millidə oyunçularımız vardı, bəlkə də bəziləri çox yorulmuşdu. Heyətimiz geniş olsaydı, onlara istirahət vermək olardı. "Qarabağ" çempionatda digər komandalardan fərqlənir. İlk növbədə səhvləri bağışlamamağa görə. Belə məğlubiyyət istəməzdik, ancaq təslim olmaq da olmaz. Zədləlilərimiz də çoxalır. Qışadək maksimum xal yığmalıyıq. Bu məğlubiyyəti unudub "Qəbələ"ylə matça hazırlaşacağıq.

 

- Qapıda dəyişiklik təəccüblü gəldi. Bunu necə şərh edərdiniz?

- Bu, təəccübləndirməməldi. Mehdi da əsas qapıçımızdı, onu da itirmək istəməzdik. Bu gün tək onda yox, bütün komandada səhvlər oldu.

 

- Belə məğlubiyyətdə arxayınlığın rolu oldu ki, "Sumqayıt" 1-ci yerdə idi?

- Belə deməzdim. Hardasa konsentrasiyamız aşağı oldu. İlk 15-20 dəqiqə pis təsir bağışlamadıq, taktiki düz oynayırdıq. Standart vəziyyətdən 2 qol buraxdıq. Bu, yaralı yerimizdi. Çempionatda elə "qırğın" gedir ki, hər gün turnir cədvəlində yerdəyişmələr gedir. Sadəcə, bu gün bizim günümüz deyildi.

 

- Zədəlilər nə yerdədi?

- İstəməzdim ki, iki müdafiəçimizi birdən itirək. Meydança da ağır idi. Hər iki qapının önü bərbad idi. Bu, futbolçulara mənfi təsir göstərdi.

 

- Neçənci oyundu faktiki hücumçumiuz oynayırsınız. Rəhbərikdək alternativ variantla bağlı düşünmüsüzmü?

- Bizi nə gözləyə bildiyimizi mövsümün əvvəlində demişəm. Bəzi mövqelərdə oyunçularımız yoxdu. Bdücəmizi qurmuşuq, rəhbərliyə bir söz deyə bilmərəm. Qışdan sonra 2-ci hücumçu almağa çalışacağıq. Kimi gəldi də götürmək istəmirəm, eləsi bizə rast da gəlməyib. Əli Qurbaninin itkisi böyük itki oldu.

 

- 6 qol qorxusu vardı sizdə oyundan əvvəl?

- Məndə heç bir oyunda qorxu olmur. Futbolçularıma demişdim ki, "Qarabağ" yaxşı formadadı. Xüsusilə hücum xəttində. "Qarabağ"la "Sumqayıt"la müqayisə də etmək düzgün deyil. Bizi sevindirən odu ki, hələ ki güclülərin içində mübarizə aparmalıyıq.

 

- Yəni, belə hesabla məğlubiyyəti gözləyirdiniz?

- Yox. Hansı bir məşqçi bu hesabı gözləyə bilər? İlk 20 dəqiqəni kiməsə göstərsən, deməz ki, 6 qol buraxaraq uduzarıq.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB