TOP 10

"Sumqayıt"a daha bir ağır zərbə - iki müdafiəçisini birdən itirdi

Futbol
Tarix: 2020-11-21 17:16

"Sumqayıt" Premyer Liqanın X turunun açılış matçı olan "Qarabağ"la səfər görüşündə kapitanı Vurğun Hüseynovu itirib. Sport24.az xəbər verir ki, ilk hissənin sonuna yaxın zədələnən təcrübəli mərkəz müdafiəçisinə tibbi yardım göstərilib meydana qayıtsa da, az sonra mübarizənin davam etdirə bilməyəcəyinə işarə verib.

 

Nəticədə Hüseynovu iranl müdafiəçi Adəm Hatəmi əvəzləyib və qonaqıar taktiki dəyişiklik etməli olub. Belə ki, Hatəmi sağ cinahda yer aldığından bunadək orda çıxış edən Tellur Mütəllimov əks cinaha çəkilib. Burda oynamış Cəmaləddin Xocaniyazov isə 3 mərkəz müdafiəçisindən 1-i olub. 

 

Onu da bildirək ki, Vurğun əvəzlənədək hesabda 0:2 geridə olan "Sumqayıt" uzatma dəqiqələrində daha 1 qol vuraraq fasiləyə 0:3 yollanıb. 

 

İkinci hissənin əvvəlindəsə qonaqlar daha bir müdafiəçisinin xidmətindən məhrum olub. Bu dəfə Cəmaləddinin özü əvəzlənib. Hələ ilk hissədə əzələ dartmasından əziyyət çəkən Xocaniyazov oyunu davam etdirə bilməyib. Onu Səbuhi Abdullazadə əvəzləyib və bundan bir neçə saniyə sonra "Sumqayıt" qapısında daha bir top görüb. 

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB