TOP 10

Federasiya prezidenti futboldan ömürlük kənarlaşdırıldı

Dünya Futbolu
Tarix: 2020-11-21 18:00

FİFA Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bartı futboldan ömürlük uzaqlaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
 

Məhkəmə Jan-Bartın yetkinlik yaşına çatmayan qızlara və digər qadın oyunçulara cinsi zorakılıq etdiyini sübuta yetirib. O, FİFA-nın etik kodeksinin bir neçə bəndini pozub. Bu üzdən də federasiya prezidentinin futbolla əlaqəli bütün fəaliyyətlərinə qadağa qoyulub. Bundan əlavə o, 1 milyon İsveçrə frankı məbləğində cərimələnib.


Qərar noyabrın 18-dən qüvvəyə minib. 


Jan-Bart 2000-ci ildən Haiti futboluna rəhbərlik edirdi. Onun cinayət əməlləri isə 2014-2020-ci illər aralığında qeydə alınıb.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB