TOP 10

"Sumqayıt"da koronavirusdan sağalan və ili erkən başa vurmalı olan: "Əli Qurbaninin zədəsi həqiqətən ağırdı..."

Futbol
Tarix: 2020-11-21 13:18

"Sumqayıt"ın futbolçusu Süleyman Əhmədov bu ili vaxtından əvvəl başa vurmalı olub. Bu haqda Sport24.az-a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. 

 

Onun sözlərinə görə, U-21 yığmamızın da üzvü olan cinah müdafiəçisi qış fasiləsinədək oynaya bilməyəcək: "Süleyman menisk zədəsindən əziyyət çəkirdi və əməliyyat olundu. Bundan sonra yaşıl meydana dönüşü üçün vaxt lazımdı. Planımız budu ki, Süleyman qış təlim-məşq toplanışında bizə qoşulsun".

 

"Sumqayıt"ın və Premyer Liqamızın bombardiri olan Əli Qurbani isə zədə üzündən son 2 turda meydana çıxa bilməyib. Abbasov millimizin də üzvü olan təcrübəli hücumçusunun sağalması üzərində çalışdıqlarını bildirib: "Əli həkimlərin nəzarəti altında fərdi hazırlaşır. Gələn həftədən istəyirik ki, yüngül məşqlərlə komandaya qoşulsun. Qurbani hələ ki yavaş-yavaş çalışır. Çünki zədəsi həqiqətən ağırdı, dizində problem var".

 

Məlumdu ki, "Sumqayıt"da U-21 yığmamızın digər futbolçusu Səbuhi Abdullazadədə koronavirus aşkarlanmışdı. Yarımmüdafiəçi bu üzdən 2 həftəlik karantin dövrü keçməli oldu. Abbasovdan həm Səbuhinin özü, həm də Türkiyənin Super Liqa təmsilçisi “Fatih Karagümrük”un düşərgəsində təcrübə toplamaq məqsədilə olan əmisioğlu Rüfət Abdullazadənin son durumu haqda da soruşduq: "Səbuhi təkrar test verdi və cavabı neqativ çıxdı. Futbolu artıq 3 gündü bizimlə məşq edir və "Qarabağ"la matçın hazırlığında iştirak etdi. Rüfətlə Səbuhi "Sumqayıt"da olduqları müddətdə inkişafları üzərində işləyirik. Onlar da öz üzərlərində çox işləməlidi. Biz də onun üzərində çalışırıq ki, təkcə onlar yox, digər gənc futbolçularıımız da ölkədən kənara çıxsınlar. Bunun üçün nə kömək lazımdı, etmək istəyirik. İnşallah, qismət olarsa, reallaşar".

 

Xatırladaq ki, Səbuhi də ötən il eyni məqsədlə Xorvatiyanın "Osiyek" klubunun düşərgəsinə yollanmışdı.

 

 

 

 

MEHMAN SÜLEYMANOV

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB