TOP 10

Qurbanov təkrar COVİD-19 testinin cavabını bu səhər öyrəndi

Futbol
Tarix: 2020-11-21 12:21

"Səbail"in müdafiəçisi Kamal Qurbanovda koronavirus problemi aradan qalxıb. Bu haqda Sport24.az-a futbolçunun özü məlumat verib. 

 

O, təkrar test verərək, bunun cavabını gəldiyini diqqətimizə çatdırıb: "Məlumdu ki, iki həftə əvvəl məndə COVİD-19 testinin cavabı pozitiv çıxmışdı. Bundan sonra evdə təcrid olundum. Həmin müddətdə özümü yaxşı hiss edirdim, karantin müddətini heç bir simptom olmadan keçirdim. İki həftə vaxt keçməli idik ki, təkrar test verim. Bu, dünən oldu, etdim. Bu səhər də cavab gəldi ki, budəfəki testimin cavabı neqativdi".

 

Bildiniyi kimi, Qurbanovla bərabər,"Səbail"in həkimi Mahir Əmiraslanovla da COVİD-19 aşkarlanmışdı. Kamal söhbətimizə bəlli oldu ki, onun da təkrar testinin nəticəsi neqativ çııxb.

 

Xatırladaq ki, "Səbail"də yenə koronavirus şübhəsi aşkarlandığından, təkarr test verməli olub və bu üzdən "Sabah"la bu gün saat 14:00-a planlaşdırılan səfər matçı qeyri-müəyyən müddətə təxirə salınıb. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB