TOP 10

Təxirə salınan "Sabah" - "Səbail" matçıyla bağlı detallar bilindi - koronavirus hansı klubda aşkarlanıb?

Futbol
Tarix: 2020-11-21 11:15

Premyer Liqamızın X turu təxirəsalınmayla başlamalı olur. Belə ki, Sabah” – “Səbail” oyununun bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi üçün 21.11.2020 tarixdə baş tutmayacağı haqda keçən gecə PFL-in rəsmi saytında xəbər yerləşdirildi. O da bildirildi ki, matçın tarixi ilə bağlı əlavə məlumat adıçəkilən qurumun rəsmi saytında olacaq.

 

Sport24.az-ın əldə etdiyi məlumata görə, problem "Səbail" tərəfdə aşkarlanıb. Çünki "Sabah"da testlərin cavablarının hamısı neqativ çıxıb.

 

Məlumatı "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyev də təsdiqləyib: "Bizdə təkrar testə ehtiyac var. Bunu etməli olduğumuzdan, oyun təxirə salındı. Testin cavabları çıxandan sonra qərar veriləcək. Qaydaya görə, dünən test verdik. Komandamızın üzvlərinin bəzilərində şübhəli məqamlar olduğundan, yenidən testin verilməsinin zərurliliyi ortaya çıxdı. Bu səhər təkrar test verdik, indi cavabları gözləyirik. Bu axşam olması gözlənilr, saat 6-dan sonraya bilinər. Bu günə çatdıra bilməslər, qalacaq cavaba. Təkrar testlərin cavablarından sonra oyunun tarixiylə bağlı PFL qərar verəcək".

 

Maraqlıdı, şübhəli məqamlar kimlərdə aşkarlanıb? Bu sualı da Hacıyevə ünvanladıq: "Saydı, addı - hələ ki çəkə bilmirik. Çünki konkret cavab vermək çətindi. Hətta ola bilər ki, kimdəsə əvvəl pozitiv, sonra neqativ olsun və ya əksinə. Buna görə təkrar testin cavablarını bilməyə ehtiyac var. Bəli, şübhəli məqamlar təkcə futbolçularda yox, komandanın digər üzvlərində də var. İndiki vəziyyətdə plandan, onun pozulmasından danışmaq çox çətindi. Çünki ortada insan sağlamlığı söhbəti var, əsas da budu".

 

 

 

 

MEHMAN SÜLEYMANOV

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB