TOP 10

COVİD-19 mərkəzi matçı açılış etdi - qaçqın komanda statusu olmadan ilk oyun, Qəbələdə Qusar derbisi

Futbol
Tarix: 2020-11-21 10:00

Bu güb Azərbaycan Premyer Liqasında X tura start veriləcək. Sport24.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonrakı tur hərəsində 2 matç olmaqla 2 günü əhatə etməli idi. .

 

Ancaq X turun açılış matçı olan “Sabah” – “Səbail” görüşü təxirə salınıb. Belə ki, oyun bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi üçün noyabrın 21-də baş tutmayacaq. Oyunun tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək. Onu da bildirək ki, Masazırda autsayderlər qrupunda yer alanların görüşü nəzərdə tutulub. Ardıcıl 6 oyunda uduzan Visente Qomesin komandası son pillədən qurtulmaq. rəqibi isə təhlükəli zonadan uzaqlaşmaq üçün qalib gəlməlidi.

 

Beləliklə, tura mərkəzi matçla start veriləcək. Son 7 mövsümün çempionu “Qarabağ” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Bu matç Qurban Qurbanovun yetirmələri üçün xüsusi önəm kəsb edir. Axı, təmsil etdiyi klub Ağdamın erməni işğalından azad edilməsindən sonra ilk matçını keçirəcək “Qarabağ” 27 il 4 aydan sonra meydana qaçqın komanda statusu ilə çıxmayacaq. Sumqayıtlılar isə liderliyini ən azı bir gün qorumaq üçün uduzmamalıdır.

 

Suraxanıdakı heç-heçə “Zirə”nin işinə yaramış olacaq. Çünki belə olsa, Rəşad Sadıqovun yetirmələri “Keşlə” ilə derbidə qalib gələrək yenidən zirvəni ələ keçirmək şansı qazanacaq. Qonaqlar isə qələbə ilə rəqibi ilə arasındakı xal fərqini aradan qaldırmağa köklənib.

 

“Qəbələ” öz meydanında “Neftçi” ilə üz-üzə gələcək. Füzuli Məmmədovu istefaya göndərən bakılılar üçün bu görüş Samir Abasovun debütü ilə əlamətdar olacaq. 42 yaşlı çalışdırıcı 13 aydan sonra Premyer Liqaya dönərək yeni klubunu ilk sınağa çıxaracaq. Bu yerdə bildirək ki, Qəbələdə Qusar derbisi olacaq. Çünki hər iki baş məşqçi, "Qəbələ"nin 40 yaşlı çalışdırıcısı Elmar Baxşıyev da əslən Qusardandı. Özü də Abasov Sumqayıtda anadan olubsa, Baxşıyev məhz Qusarda dünyaya gəlib. Onlar futbolçu karyeraları dövründə millidə və "İnter"də birgə çıxış ediblər. 

 

 

Azərbaycan Premyer Liqası

XI tur

21 noyabr

16:00. "Qarabağ" - "Sumqayıt"

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Bakı. “Azərsun Arena” stadionu

İlk dövrədəki oyun - 2:2

 

"Sabah" - "Səbail" (təxirə salınıb)

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Bakı. “Bank Respublika Arena” stadionu

İlk dövrədəki oyun - 1:2

 

22 noyabr (bazar)
14:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ. Şəhər stadionu

İlk dövrədəki oyun - 1:1

 

16:00. “Zirə” – “Keşlə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. Zirə İdman Kompleksinin stadionu

İlk dövrədəki oyun - 3:2

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB