TOP 10

Nağıyev üçün 90 dəqiqə və 3 xal

Dünya Futbolu
Tarix: 2020-11-21 11:40

Futbol üzrə Moldova çempionatında 19-cu turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv doğma meydanda “Floreşti” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.


Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.


19 turdan sonra 27 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB