TOP 10

“Sivasspor” “Qarabağ” önünə 8 itki ilə çıxacaq

Futbol
Tarix: 2020-11-21 10:28

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Sivasspor” ciddi itkilərlə üzləşib. Sport24.az xəbər verir ki, Super Liqanın IX turunda bu gün “Fatih Karagümrük”lə qarşılaşacaq sivaslılar 8 futbolçunun xidmətindən məhrum qalıb.

 

Belə ki, klubun 5 üzvü koronavirus infeksiyasından əziyyət çəkirsə, 3 nəfər zədəlidir. Konkret olaraq qabonlu müdafiəçi Aaron Appindanqoye, ukraynalı yarımmüdafiəçi Sergey Rıbalka və ispaniyalı hücumçu Jorje Feliksin zədəsi davam edir. Koronavirusa yoluxan oyunçulardan yalnız birinin adı açıqlanıb ki, bu da qapıçı Muammer Yıldırımdır.

 

Baş məşqçi Rza Çalımbay həm “Fatih Karagümrük”lə bugünkü həm də “Qarabağ”la Avropa Liqasının IV tur oyununda 8 oyunçusunun xidmətindən yararlana bilməyəcək.

 

Qeyd edək ki, “Qarabağ” – “Sivasspor” görüşü noyabrın 26-da İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB