TOP 10

Startda dəyişiklik, finiş Pərviz Musayevlə - Şəmsəddin Abbasov gözləməli oldu

Futbol
Tarix: 2020-11-21 11:00

"CBC Sport"un Premyer Liqamızın XI turuna şərhçi təyinatları bəllidi. Sport24.az xəbər verir ki, turun açılış matçı Şəmsəddin Abbasova həvalə olunub.

 

Sadəcə, bu gün 14:00-da "Bank Respublika Arena"da keçirilməli olan "Sabah" - "Səbail" oyunu qeyri-müəyyən müddətə təxirə salınıb. Bu da bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi üçündü.

 

Belə olan halda, turun açılış matçı "Azərsun Arena"da "Qarabağ" - "Sumqayıt" görüşü olacaq və və onu Elnur Məmmədli şərh edəcək. 

 

Sabah Qəbələdəki matça Nurlan Valehoğlu ezam ediləcək. O, saat 14:00-da başlayacaq "Qəbələ" - "Neftçi" matçında şərhçi olacaq. Bundan 2 saat sonra Zirə Olimpiya Kompleksində baş tutacaq "Zirə" - "Keşlə" qarşılaşmasını Pərviz Musayevin şərhində izləyəcəyik. 

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB