TOP 10

Dortmund “Borussiya”sında yeni müqavilə

Dünya Futbolu
Tarix: 2020-11-21 09:00

Almaniyanın “Borussiya” (Dortmund) klubu yarımmüdafiəçisi Covanni Reyna ilə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Bundesliqa nəhənginin rəsmi saytı məlumat yayıb.
 

18 yaşlı futbolçu ilə yeni müqavilə 2025-ci ilin yayına qədərdir. 


ABŞ-ın “Nyu York Siti” klubunun yetirməsi olan Reyna, 2019-cu ildən “Borussiya”nın uğurları üçün çalışır. O, Dortmund klubunun əsas komandasında indiyə qədər 29 rəsmi oyuna çıxıb. Gənc yarımmüdafiəçi ABŞ millisində də 2 oyun keçirib.

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB